Qadın
80 və 90-cı illərin qayıdan yay dəbi - FOTOLAR
Bu yayın dəbi 80 və 90-cı illərin hücumuna məruz qalıb. O illərə aid olan bir çox geyimlər yenidən gündəmə gəlib. Bunlardan biri də kombinezonlardır. Cins parçadan tikilən kombinezonlar xüsusilə aktualdır. 90-cı illərin kombinezonları yeni formada işlənib təqdim olunur.
Kombinezonların tarixinə nəzər salsaq, onun əslində tarlada işləyən zəhmətkeşlərin özünü rahat hiss etməsi üçün tikildiyinin şahidi olarıq.
1920-ci illərdə işçi qüvvəsi üçün nəzərdə tutulan kombinezonlar sonrakı illərdə onu geyinənlərin aşağı təbəqəyə aid olduğunu bildirirdi. Onlar əvvəlcə kişilər üçün tikilsə də, sonradan qadınlar tərəfindən də mənimsənilir. Xüsusən də 1-ci dünya müharibəsində qadın işçilərin əsas geyim formasına çevrilir.
1950-ci illərdə, 2-ci dünya müharibəsindən sonra kombinezonlar modaya daxil olur. Onlar ilk olaraq uşaq geyimləri arasında özünə yer tapır. Kombinezonlar o vaxtlar uşaq geyimində populyar geyim halına gəlir. Qadın qarderobuna daxil olması isə 1960-cı illərə təsadüf edir.
1990-cı illərdə isə artıq dəbin zirvəsinə yüksəlir. Onlar moda dünyasına periodik olaraq gəlib-qayıdırlar. Rihanna, Selena Gomez, Cessika Alba və Alexa Chung kimi dünya ulduzları da bu modelə üstünlük verirlər.
Yayın dəbində də şort və yubka formasında da olan kombinezonların da mühüm yeri var. Onları stiletto, klatç çanta, nazik plaşlar və bleyzer kimi geyimlərlə geyinə bilərsiniz. Kombinezonlar mövsümün digər trendi zolaqlı köynəklərlə əla qalır.
Publika.Az-ın qadın bölməsi mövsümün ən dəbli kombinezonları təqdim edir:
AYTƏN
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı















.jpg)






.jpg)





.jpg)










