Qadın
Özünü qeyri-etik aparan birinci ledi prezidentlə barışdı – FOTOLAR
Küsdükləri irəli sürülən Melaniya Trampla Amerika prezidenti Donald Tramp Vatikana səfər çərçivəsində barışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kameralar qarşısında özünü qeyri-etik aparan ABŞ prezidentinin həyat yoldaşı bu dəfə barışıq addımı atıb. Belə ki, kilsədə Donald Trampla Melaniya Tramp ələ-ələ tutublar. Bu anları kameralar dərhal lentə alıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın Romaya səfəri zamanı təyyarədən çıxan prezident xanımının əlini tutmağa cəhd edib. Lakin Melaniya Tramp ərinin əlini geri çevirib. Xarici mətbuat təyyarədə ABŞ prezidenti və onun xanımı arasında yaranan incikliyin səbəbinin tapmağa çalışıb. Nəşrlərdən biri istehza ilə fərz edib ki, Səudiyyə Ərəbistanından uçuş Ağ Evin başçısı və Amerikanın birinci xanımının əhval-ruhiyyəsini korlayıb.
Tələvivə səfəri zamanı isə qırmızı xalçadan keçəndə Melaniya Tramp ərinin əlini geri itələyib. Prezident xanımının bu cür davranışı təkcə Donald Trampı deyil, həm də bütün Ağ evi pis vəziyyətdə qoyub. Çünki hökumət məsləhətçiləri dəfələrlə Melaniyaya xəbərdarlıq edib ki, emosiyaları nəzarətdə olmalıdır.
Bu hadisə dünya KİV-lərində “Arvadı Trampı İsraildə biabır etdi” başlığı ilə dərc olunmuşdu. Birinci ledinin həyat yoldaşına qarşı laqeydliyi sosial şəbəkələrdə müzakirəyə çıxarılaraq kəskin tənqid edilmişdi.
Bu fotolar isə onu göstərir ki, son bir neçə gün ərzində ərinin mehribanlıq təzahürlərini rədd edən və bütün dünya mətbuatının diqqət mərkəzində olan birinci xanım mənfi rəylərdən artıq nəticə çıxarıb.
.jpg)

Aytən
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi















.jpg)








.jpg)














