Qadın
Ləziz dondurmanın inanılmaz faydaları
Sağlamlıq və şirniyyat dedikdə ağıla ilk olaraq dondurma gəlir. Dondurma xüsusən də yay aylarının ən sevimli şirniyyat növüdür. Digər şirniyyat növlərinə nəzərən daha az zərərlidir. Üstəlik kalorisi azdır. Publika.Az-ın qadın bölməsi dondurmanın faydalarını bu cür sırlalayıb:
Hamiləlikdə də önəmli bir qidadır - Hamilə qadınlar hamiləlik müddəti ərzində protein və kalsium baxımından zəngin olan qidaları qəbul etməlidir. Ana olmağa namizədlər tərkibində kalsium və proteinlə zəngin olan qidalar qəbul etməsə, sümük əriməsi baş verə bilər. Buna görə də hamilələr gündə 3 stəkan süd və süd məhsulları qəbul etməlidir. Analar bu ehtiyaclarını dondurma ilə qarşılaya bilərlər.
Uşaqların qidalanmasında önəmlidir - Protein və fosfor uşaqların böyüməsi, sümüklərin və əzələlərin inkişafı üçün lazımdır. Dondurmanın zəngin tərkibi inkişafda olan uşaqların bu ehtiyaclarını ödəyir. Süd sevməyən uşaqların ehtiyacı olan bu qida maddələrini dondurma yeyrək təmin edə bilərlər. Onsuz da, dondurma sevməyən uşaq yoxdur.
Kimyaterapiya alan xərçəng xəstələri də yeyə bilər - Kimyaterapiya alan xəstələr iştahasızlıq və ürək bulanması kimi problemlərlə qarşılaşırlar. Ancaq dondurma bu cür xəstələr tərəfindən yeyilə bilər. Çünki digər yeməklər kimi ürək bulantısına səbəb olmur.
Dondurmanı pəhriz saxlayanlar da yeyə bilər - Dondurmanı hər gün, lakin həddi aşmadan yeyə bilərsiniz.
Yaşlılar da yeməlidir - Çeynəmək və udmaq çətin olmadığı üçün yaşlılar gündəlik kalsium ehtiyacını dondurma ilə ödəyə bilərlər.
Dondurma A vitamini, kalsium və fosforla zəngin olan protein mənbəyidir. Buna görə də onu bütün yaşda olan insanlar yeyə bilərlər.
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı















.jpg)






.jpg)





.jpg)










