Qadın
Sadəcə bir qidadan imtina edən 70 yaşlı qadın BƏDƏNİ İLƏ HEYRƏTLƏNDİRDİ - - FOTO
3 uşaq anaı olan avstraliyalı Karolin Hartz 70 yaşında olmasına baxmayaraq çox gümrahdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu qadının bədəni görənləri heyrətə gətirir. Avstraliyalı iş qadını gənclik sirrini böyük məmnuniyyətlə hər kəslə paylaşır. Hartz bədəninin gözəlliyini yoqaya və 28 ildir tərkibində şəkər tozu olan bütün məhsullarından imtina etməsinə borclu olduğunu deyib. Ancaq həyata pozitiv gözlərlə baxmağın əhəmiyyətini də xüsusi vurğulayıb:
"50 yaşdan sonra qadınların əksəriyyəti hesab edirlər ki, bədən quruluşunu və çəkini saxlamaq mümkün deyil. Hətta qadınların çoxu əmindir ki, doğuşdan sonra əvvəlki qamətini qaytara bilməyəcəklər”.
Karolin isə inandırır ki, hər şey mümkündür, yalnız bunu həqiqətən istəmək və dayanmadan çalışmaq lazımdır. Və, etiraf etmək lazımdır ki, bədəni onun sözlərinin ən yaxşı təsdiqidir:
"Yaşlaşdıqca metabolizm ləngiyir. Bu o deməkdir ki, biz öz bədənimiz üzərində nəzarəti ələ alamlıyıq, bir az da öz üzərimizdə işləməli və sağlamlığımızın xeyrinə olan qərarlar qəbul etməliyik. Hesab edirəm ki, diqqətsizlik artıq çəkiyə gətirib çıxarır. Ona görə də hər tikədən zövq almağa çalışın. Bu, sizə çox yeməməyə kömək edəcək".
O, şəkərə alternativ olaraq suda həll olan rəngsiz kristallar şəklində - ksilit adlı alternativ maddə tapıb. Ksilit qəndə yaxındır, şirinliyinə görə saxarozaya yaxındır, lakin qida dəyərləri yoxdur.
Lakin Karolina Hartz sevimli yeməklər və içkilərindən imtina etmək istəmir. O, gümrah qalmaq üçün ən azı səkkiz saat ərzində yatmağa çalışır:
“Mən hər gün işdən əvvəl yarım saat meditasiyadaya ilə məşğul oluram, bu, bütün gün ərzində mənə çox kömək edir. Yoqaya başlayandan bəzi çox sakitləşmişəm. Təlimləri 65 yaşında öyrəndim, odur ki, başlamaq heç vaxt gec deyil".
Karolina 20 və 30 yaşlı qadınlara həyatı doya-doya yaşamağı məsləhət görür:
"Xoşbəxt olun, digərlərinin uğurlarına sevinin və bu barədə heç vaxt narahat olmayın. Heç bir şeyə qulaq asmayın, özünüz olun. Bəli, həyat heç də ideal deyil, bununla barışmalısınız".
Aytən
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi
-
Nida Xəbər 13:59Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu - FOTO
-
Səhiyyə12:46Təcili diaqnostika əlçatmaz olanda – 60-cı illərin aparatlarından istifadə olunur
-
Sosial12:06Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?
-
Nida Xəbər 11:27İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik: Vatikan nümayəndələri şoka düşdü - VİDEO
-
Nəqliyyat10:14Azərbaycanda servissiz qalan Çin avtomobilləri






































.jpg)