Qadın
53 yaşlı prezident xanımından ideal formada qalmağın sirləri - FOTO
Mişel Obama rəfiqələri ilə təmiz havada məşq edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu kadrları Mişel Obama instaqramda paylaşıb. Bununla da ABŞ-ın 53 yaşlı, keçmiş birinci xanımı abunəçilərinə hələ də idmanla məşğul olduğunu xatırladıb. Mişel Obama açıqlamasında bildirib ki, Ağ evdə olduğu illərdə rəfiqələri üçün tez-tez təlim məşqləri təşkil edib:
“Hər birimizin müxtəlif fiziki hazırlıq səviyyəsi var idi, amma bu yetərli deyil. Belə istirahət bizə xatırladır ki, əgər doğmalarımızın qeydinə qalmaq istəyiriksə, onda gərək əvvəlcə öz qayğımıza qalmağı öyrənək. Hərçənd ki, mən artıq Ağ evdə yaşamıram, amma bu ənənəni davam etdirmək qərarına gəldim. Rəfiqələrim həyatımın müxtəlif dövrlərində mənimlə olublar. Biz birlikdə sağlam qalmaq üçün əlimizdən gələni edirik. Adi gəzintiyə çıxmaq və ya qrup halında idman məşq etmək olar. Bir sözlə, mən ümid edirəm ki, bu yay siz də kiminləsə birlikdə öz sağlamlığınıza vaxt ayıracaqsınız”.
Xatırladaq ki, may ayında Vaşinqton sammitinin qonağı olan Mişel çıxışında sağlam həyat tərzi və uşaq piylənməsi problemlərindən danışıb.
Mişel Obamanın sağlam həyat tərzinin 5 əsas prinsipləri:
1. Məşq üçün istənilən imkandan istifadə etmək olar. Barak Obama prezident olduğu illərdə səfərə gedəndə Mişel özü ilə idman ipi götürürdü.
2. Mişel Obama Kardio və əzələləri gücləndirən məşqlərə yönəldilib. Keçmiş birinci ledi günə qaçış və ya velo yürüyüş ilə başlayır, daha sonra trenajor alətlərində idman edir, həmçinin yoqa ilə məşğul olur.
3. O, belə hesab edir ki, hər bir qadının gözəllik sirri bu üç amildən asılıdər: özünü sevmək, hərəkət etmək və çox sağlam qidalanmaq.
4. Hər gün saat 22.00-də və 7 saat yatmağa çalışır.
5. İstirahətə vaxt ayırın, isti vanna qəbul edin və bir parça acı şokolad yeyin.
Aytən
-
Magazin103:13Tacir qalmaqallı görüntüsündən danışdı: - “Baldırım açıq deyildi"
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gizli qalan məqamlar üzə çıxa bilər
-
Sağlamlıq2 İyun 23:00Naringi yeyərkən yol verdiyimiz böyük səhv - Mütəxəssis açıqladı
-
Nəqliyyat2 İyun 22:48İctimai nəqliyyat ödənişlərində YENİLİK
-
Magazin22 İyun 22:36Dua Lipanın toy geyimindəki detal pərəstişkarlarını çaşdırdı - FOTO
-
İdman2 İyun 22:24“Fənərbağça” Levandovskiyə nələr təklif edib? - Detallar
-
Magazin12 İyun 22:12Əməkdar artist 38 il əvvəl - FOTO
-
Kriminal2 İyun 22:00“İçkiyə görə toy yasa döndü” - Video





























.webp)









