Qadın
Azərbaycanda qadınlar həqiqi hərbi xidmətə yollansınmı? - SORĞU
“ACT Azərbaycan” "Bakı sakinləri qadınların həqiqi hərbi xidmətə cəlb olunmalarına necə baxır?" mövzusunda sorğu keçirib.
Publika.az “ACT Azərbaycan”-nın 19 aprel -1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.
Son illər qadınların həqiqi hərbi xidmət keçməsi halları artıb. Norveç parlamenti 2014-cü ildə qadınların həqiqi hərbi xidmətə çağırılması barədə qanun qəbul edib. Hazırda qadınlar üçün məcburi hərbi xidmət İsrail və Myanma dövlətlərinin silahlı qüvvələrində tətbiq olunur. Bir çox ölkələrdə isə qadınlar hərbi xidmətə könüllük əsasında cəlb olunur.
Azərbaycan tarixində də döyüşkən, hərbçi qadınlar yetəri qədərdir. Müasir zamanda da qadın və ordu məsələsi cəmiyyətimizin qarşılaşdığı dilemmalardan biridir. Bir tərəfdən ərazilərimizin 20 %-in işğalı faktı, digər tərəfdən isə milli mental dəyərlər bu məsələyə birmənalı yanaşmağa imkan vermir. Bəs Bakı sakinləri qadınların həqiqi hərbi xidmətə cəlb olunmalarına necə baxırlar ?
Rəyi soruşulmuş respondentlərin əksəriyyəti (62 %) qadınların ordu sıralarına qoşulmasını alqışlayır. Və orduda qadınları dəstəkləyənlər də məhz qadınlardır (70 %). Zərif cinsi bu sahədə dəstəkləyən kişilər də yetəri qədərdir (43 %).
Zərif əllərə silah yaraşdırmayanlar sorğuda 34 % -dir və əksəriyyətini də məhz güclü cinsin nümayəndələri (53 %) təşkil edir. 4 % respondent bu məsələylə bağlı konkret fikir bildirə bilmir.
Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



















.jpg)







.jpg)











