Qadın
Şampundakı zərərli maddələr hansılardır?
Küləyin təsiri ilə rəqs edən uzun və gur saçlara sahib olmaq istəyirsinizsə, aldığınız şampunlara diqqət edin.
Əvvəllər qadınlar saçlarını sabun və başqa vasitələrlə yusa da, müasir dövrdə onları əvəz edən ikinci bir vasitə mövcud deyil. Havadan, ətraf mühitin yaratdığı bəzi faktorlardan dolayı saçlar çirklənir və yağlanır. Şampunların da əsas məqsədi saçları təmizləməkdən ibarətdir.
Publika.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, şampunların tərkibi əslində bir neçə çeşid yuyucu vasitədir. Çoxu şampunların saçları möhkəmləndirdiyini düşünür. Lakin onun tərkibində zərərli maddələr də var. Məsələn, köpüyün bol olması, saçın qalın olması, parıldaması, yumşalmasını təmin edən və qoxu yayan maddələr var.
SLES (Sodium Laury Ether Sulfate)- SLS kimi xərçəng yaradan təsirləri ola bildiyi yönündə fikirlər səslənir. Bundan əlavə dəridə allergiyaya səbəb ola, gözə zərər verən maddələr var.
Paraben - Bütün kosmetikaların tərkibində istifadə edilir. Qoruyucu, bakteriyaları öldürən özəlliyə sahibdir. Şampunun son istifadə tarixinə qədər xarab olmaması funksiyasını yerinə yetirir.
Duz - Şampunlarda jele, yəni qatı hala gətirmək məqsədilə istifadə edilir. Ciddi zərəri olmasa da, saçı sərtləşdirir, parıltısını azaldır.
Qoxu - Alıcının diqqətini çəkmək üçün çeşidli parfumlar qatırlar. Ciddi zərəri olmasa da, həssas dəridə allergiyaya və qaşıntıya səbəb ola bilər.
Silikon - Satışda olan bütün şampun və saç kremlərinin tərkibində silikon istifadə edilir. Silikon, saç tellərinə təsir göstərərək daha parlaq və həcmli görünməsinə səbəb olur. Bu isə saçın nəm balansını pozur. Saç quruyur və qırılır. Buna görə də silikon bazlı olmayan şampunlar istifadə etmək məsləhət görülür.
Təbii olmayan qliserin - Keyfiyyətli şampunların tərkibində qliserin istifadə edilir. Bəzən isə qliserin yerinə, sodium loret sulfat və lorit qatırlar. Bu cür şampunlardan uzaq durun. Çünki bu maddələr baş dərisinin qabıq verməsinə səbəb olur.
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır




































.jpg)

