Qadın
Ən çox satılan qadın parfumları - FOTOLAR
Özünə hörmət edən hər bir qadın evdən çıxmazdan əvvəl getdiyi hər yerdə bir iz qoya bilmək üçün füsunkar ətirlərin gücündən bəhrələnməlidir. Tanınmış fransız yazıçısı Viktor Hüqo da parfumu “Cənnətin nəfəsi” adlandırıb. “Cənnətin nəfəsi” yarandığı andan etibarən bəşəriyyətin əvəzolunmaz cazibəsi olub. Lakin bu cazibəni istifadə etməyin bir neçə məqamları var. Publika.Az “Glamour.ru” qadın portalına istinadən xəbər verir ki, Euphoria, Armani Idole, Guerlain Idylle, Armani Code, Coco Mademoiselle parfumları daha çox satılır.
Mövsümlərdə qadın qarderobu dəyişdiyi kimi istifadə edilən parfumlar da ona uyğun seçilməlidir. Lakin kosmetika istehsalçıları qəti şəkildə demirlər ki, hər hansı parfumu məhz qış aylarında istifadə etmək lazımdır. Sadəcə yay aylarında çiçəklərdən, qış aylarında isə ədviyyatlardan hazırlanan parfumlar tövsiyə edilir.
CK Euphoria - Euphoria azad təbiətdən ilham alan insanlar üçün yaradılıb. Seksual və zərif ətirdir. Euphoria ekzotik meyvələr, başdan çıxaran çiçəklər, bağlılıq yaradan orxideya ilə zənginləşib.
Armani Idole d’Armani - Başqalarının gözündə ideal ola biləcək qədər diqqət çəkən, modern və iddialı qoxudur. Bundan qətiyyən qorxmaq lazım deyil. Zəngin ədviyyatlar, zəncəfil, şirin armud, yasəmən, gül, zəfəran, dib nöqtədə isə paçuli ilə hazırlanıb. Həqiqətən də iddialı parfumdur.
Guerlain Idylle edp - Frezya, zanbaq, gül və özünə xas olan çiçəklərlə bəzənən bir parfumdur. Qadınlara xas olan çiçək qoxusu ilə göz qamaşdırıcı parfumdur.
Armani Code Femme - Yasəmən, səhra zanbağı ilə dərini bəzəyir. Parfum şüşəsinin silueti də çox gözəldir. Mavi rəngli naxışlarla təqdim olunan şüşənin zərifliyi diqqət çəkir.
Chanel Coco Mademoiselle - Seksual, həyəcan verici və gənc xanımlar üçün nəzərdə tutulan parfumdur. Madam Chanelin modern ruhunu təzahür etdirir. Yasəmən və gül qarışığından yaranıb.
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."



































.jpg)

