Qadın
Arıqlamamağın 10 səbəbi
Həftələrlə idman edib pəhriz saxlamağınıza baxmayaraq, heç cürə arıqlaya bilmirsinizsə, deməli, haradasa ciddi səhvə yol verirsiniz. Publika.az-ın qadın bölməsi arıqlamağa mane olan səbəbləri bu cür sıralayıb.
“Ya həmişə, ya heç” devizi – Pəhriz saxladığınız günlərdə nəfsinizə hakim ola bilməyib mədənizi çipsi ilə “sevindirirsiniz”. Təslim olan bu cür davranışlar sizi heç bir yerə aparmaz. Müvəffəqiyyətin açarı qüsursuzluq deyil, inadla davam etdirə bilməkdir.
Oxunmamış və aydın olmayan etiketlər – “95, daha az yağlı” yazılması o məhsulun sağlam olduğu demək deyil. Bu, 95% şəkər də ola bilər. Bu səbəblə məhsulların tərkibinin nədən ibarət olduğunu daha dəqiq oxumağa və bu tələyə düşməməyə çalışın.
Kifayət qədər su içməmək – Bədənin acmaqla susamaq arasındakı fərqi anlaması çətindir. Acıyan zaman su için. Su toxluq hissi verdiyi üçün artıq çəki almağa qoymayacaq.
Həqiqi olmayan hədəflər təyin etmək – “Gələn aya qədər 10 kq arıqlayacam” kimi çətin hədəflər təyin etmək yerinə, daha kiçik, daha mümkün olan hədəflər təyin edin. Beləliklə, istədiyiniz nəticəni almaq daha asan olacaq. Bu da motivasiyanızı artırar.
Həftədə 1 kilodan çox arıqlamağı gözləmək – Həftədə bir kq-dan çox arıqlamaq bədəndəki mayelərin və qiymətli əzələ toxumalarının məhv olmasına səbəb olar.
Zərərli, ya da qadağan olunmuş yeməklər haqqında fikirləşmək – Əgər ağlınızdan qadağan olunmuş yemək keçirsəniz, onu həddindən artıq dərəcədə arzulamağa başlayacaqsınız.
Pəhrizə başlamazdan əvvəl yemək ziyafətləri – Bu ziyafətlər pəhrizə əməl etməyi çətinləşdirir. Çünki pəhrizdən əvvəl aldığınız artıq çəkilər lazım olan çəkiyə nail olmağın vaxtını uzadır.
Ac qalmaq, ya da böyük ölçüdə kalori məhdudlaşdırması – Bu yalnız beyninizə “aclıqdan ölürəm” siqnalı göndərəcək. Beyinə bu mesajın göndərilməsi maddələr mübadiləsini yavaşladıb sizin ac qalaraq çölə atmağa çalışdığınız bədəndəki yağı mühafizə edəcək.
Tənbəllik – Həftədə 3 dəfə, ən az 30 dəqiqə idman etmək artıq çəkidən tez bir zamanda xilas olmağa kömək edəcək.
Arıqlamağı zərurət kimi qəbul etmək – Bu cür düşünərək özünüzə lazımsız yerə əzab vermiş olarsınız. Onun yerinə arıqlamağı əyləncə, yaxud etmək istədiyiniz məşğuliyyət kimi düşünün. Model kimi görünmək məcburiyyətində olduğunuzu özünüzə təlqin etməklə, üzərinizə gərəksiz və həddindən artıq bir təzyiq yükləmiş olursunuz.
-
MDB16:37Kiyevdə 71 yaşlı azərbaycanlı dronun qurbanı oldu - FOTO
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."



































.jpg)

