Qadın
Qadınların başlarına gətirilən DÖZÜLMƏZ ƏZABLAR - Onları hamilə halda...
Hamiləlik hər bir qadının həyatında ən həssas dövr sayılır. Davamlı həkim nəzarəti, faydalı qidalar dünyaya gələcək körpənin və gələcək ananın sağlamlığına xidmət edir. Bəs təxminən 100-150 il öncə vəziyyət necə idi? Tibb sahəsinin ginekologiya qolu nə dərəcədə inkişaf etmişdi?
Publika.az Viktorian dövrünün hamilə qadınlarının qəribə və təzadlı adətlərini təqdim edir. Onların bu vərdişləri sizi heyrətə gətirəcək.
Korset

Viktorian dövründə hamilələrin günbəgün böyüyən qarnı cəmiyyətdə estetik və xoş qarşılanmırdı. Bu səbəbdən də qadınlar qarın nayihələrini dartan korsetlərdən istifadə edirdilər.
Xloroform narkoz

Doğuş zamanı qadınların əzablarını azaltmaq üçün narkozdan istifadə olunurdu. Hamilə qadın xloroform doldurulmuş balonlardan nəfəs alaraq hissiyatını itirirdi. Lakin narkozun əsk təsiri acınacaqlı olurdu. Bu qadının sinir sisteminə zərər yetirməklə yanaşı, körpənin ölü doğulmasına gətirib çıxardırdı.
Siqaret və spirtli içkilər

Tütünün tərkibindəki maddələr nəinki hamilə qadına, eləcə də adı şəxslərə zərər verir. Lakin Viktorian dövrü bunun tam əksini iddia edirdi. Onlar düşünürdülər ki, siqaret hamilələrin ürəkbulanmasını aradan götürür və həzm sistemini yaxşılaşdırır. Siqaretdən əlavə hamilələr bol miqdarda qırmızı şərab qəbul edirdilər.
Günəş şüaları

XIX əsrin hamilə qadınları bir qayda olaraq Günəşdən qorunurdular. Onlar yay aylarında çox vaxt evdə olur, təmiz havaya çıxmırdılar. Həkimlər hesab edirdilər ki, gün şüalari ananın bətnindəki dölə mənfi təsir edir.
Leyla Sarabi
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video







































