Qadın
Köhnə şalvarlara yeni həyat verin - FOTOLAR
Köhnə geyimləri dəbdən düşəndən sonra tullamaq artıq məsləhət görülmür. Çünki dizaynerlər də onları dəbin yeni qaydalarına uyğunlaşdırmağın tərəfdarıdır. Onlara yeni həyat verərək həm dəblə ayaqlaşa, həm də cibinizə qənaət etmiş olarsınız. Paltarın fasonunu dəyişmək çətin və bilavasitə dərzinin işi olsa da, köhnə cins şalvarları müxtəlif formalara salmaq çox asandır. Fantaziyanız varsa, öz əllərinizlə yeni şalvar hazırlaya bilərsiniz. Publika.Az-ın qadın bölməsi köhnə cinsləri hansı formalara sala biləcəyinizin izahını təqdim edir:
Batik (ləkəli və qarışıq) - Köhnə şalvarları təzələməyin ən asan yollarından biri batik boyamadır. Bu texnikanın ən gözəl tərəfi naxış və rəng məhdudiyyətinin olmamasıdır. 2-3 rəngi qarışdıraraq özəl modellər yarada bilərsiniz. Yaxud üzərinə şalvarın rəngini açan yuyucu maddələr, ya da boya sıçrada bilərsiniz.
Dəmir aksessuarlar - Keçən il dəmir aksessuarlar olduqca dəbdə idi. Köhnə şalvarları yeniləmək üçün dəmir aksessuarlar ən yaxşı yollardan biridir. Forması, böyüklüyü, qızılı və ya gümüşü olması sizdən asılıdır. İstəsəniz, sadəcə ön və ya arxa ciblərə ilişdirə bilərsiniz.
Rəng bloku - Şalvarların kənarlarına və belinə başqa rəngli parça əlavə edə bilərsiniz.
Ombre (rəng keçidi) - Ombre texnikasından son zamanlarda geyimlərdə çox istifadə edilir. İstədiyiniz hissələrə rəng keçidləri və kölgələri tətbiq edə bilərsiniz.
Gipür - Şalvarları dəbin son qaydalarına uyğun hazırlamaq üçün gipürdən istifadə edə bilərsiniz. Gipürlər artıq bütün geyimlərdə, aksessuarlarda, hətta ayaqqabılarda da istifadə olunur. Gipürləri əyləncəli şəkildə şalvarın üstünə tikə bilərsiniz.
Zəncirbənd - Zəncirbəndi xəyal gücünüzün işə salaraq aksessuar kimi də istifadə edə bilərsiniz. Şalvarın ayağına, kənarlarına əlavə edə bilərsiniz.
Yırtıq cinslər - Qarderobunuzda heç olmasa, bir dənə də yırtıq cinsiniz yoxdursa, onu tam adlandırmaq olmaz. Onları tullamaq yerinə istədiyiniz hissələrdə dəliklə aça bilərsiniz.
-
Region15:55Ərdoğandan Qarabağla bağlı təsirli paylaşım
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır




































.jpg)

