Qadın
Yayın ən dəbli şifon şalvarları - FOTOLAR
Mövsümün ən önəmli trendlərindən biri də enli və şifon parçalardan tikilən şalvarlardır. Dar şalvarlar və cinslər artıq neçə ildir ki, qadın qarderobunu işğal edib. Lakin enli və boş şalvar onları dəbdən sıxışdırıb çıxarmaqda olduqca iddialıdır. Belə ki, yay aylarında şifon parçalardan tikilən enli, boş şalvarlar dəbdə olacaq. Bəs bu zərif modeli nə ilə uyğunlaşdırmaq lazımdır?
70-ci illərin dəbindən ilham alın – Enli şalvarlar 70-ci illərdə olduqca dəbdə idi. Bu modelləri retro stilindən ilham alaraq geyinə bilərsiniz. Volanlı papaqlar, tanketka ayaqqabılar bu eleqant şalvarlara çox yaraşır.
Qısa üst geyimlərlə – Bu mövsüm pencək boyları getdikcə qısalır. Mini pencək və jaketləri enli şalvarlarla birləşdirin. Qısa, dəri gödəkçələr də onlarla çox yaraşır.
Kişi tərzinə uyğunlaşdırın - Zərif şalvarları bleyzerlə tamamlaya bilərsiniz. İş xanımları, yaxud ciddi iş görüşlərində bu tərzdə geyinə bilərsiniz.
Qısa köynəklərlə – Yüksək belli olduğu üçün qısa köynəklərlə çox yaraşır. Mövsümün iki trendini birlikdə istifadə edə bilərsiniz.
Qalın dabanlı ayaqqabılarla birləşdirin – Ayaqqabı seçimində zərif yox, daha çox kobud modellərə üstünlük verin. Xüsusən də qalın dabanlı ayaqqabılarla mükəmməl görünür. Balacaboy xanımlar üçün ideal seçimdir. Lakin hündürboy xanımlar da altı düz ayaqqabılarla geyinə bilərlər.
İncə köynəklər – Bu şalvar modellərini gipürdən hazırlanan köynəklərlə birləşdirmək şansınız var. Zərif bir köynək, “V” yaxalıqlı bluz, ya da incə asqılı köynək ola bilər.
Publika.az-ın qadın bölməsi dəbdə olan ən yaxşı enli şalvar modelləri seçib.
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır




































.jpg)

