Qadın
Mövsümün ən son eynək dəbi – FOTOLAR
Aynalı eynəklər bu ilin ən trend yaz aksessuarıdır. Keçən ildən bəri dəbə minən aynalı eynəklər 2014-ün yay aylarında da gündəmə gəlib.
Aynalı eynəklər məşhurluğunun zirvəsini 80-cı illərdə yaşayıb. Bu yay həmin məşhurluğunu geri qaytaracağına bənzəyir. 1930-cu illərdə Ray-Ban markası tərəfindən istehsal edilən aynalı günəş eynəkləri ilk dəfə pilotları günəş şüalarından qorumaq üçün düzəldilmişdi. Pilotların rahatlığını təmin etmək məqsədilə düzəldilən aynalı eynəkləri gözləri göstərmədiyi üçün sonralar polislər də taxmağa başlayır. Aynalı eynəklər bu mövsüm dəbdə olduğu üçün bir çox markalar yeni kolleksiyalarında bu modellərə yer veriblər. Başda Ray Ban olmaqla, Carrea, Oakley, Chloe və daha bir çox marka aynalı günəş eynəkləri ilə dəb gündəminə daxil olub. Klassik pilot eynəkləri daha aktual olsa da, hər modelin aynalı formasını tapmaq olar.
Aynalı eynəklər insana sirli bir cazibə bəxş edir. Sirli cazibədən əlavə, özünə əminlik yaradır. Gözləri göstərmədiyi üçün yorğun günlərin xilaskar aksessuarlarındandır.
Bu il istənilən rəngdə aynalı eynək tapmaq mümkündür. Dəb ustaları, əsasən, mavi rəngin daha mükəmməl göründüyünü iddia edir. Lakin mavi rəngi xoşlamırsınızsa, dərd etməyin. Belə ki, rəng seçimi çoxdur. Gümüşü, qızılı, çəhrayı, sarı və yaşıl rəngləri seçmək şansınız var. Publika.az-ın qadın bölməsi mövsümün bir neçə aynalı eynək modellərini seçib.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"












.jpg)














.jpg)











