Qadın
Kosmetik vasitələri necə saxlamaq lazımdır?
Makiyaj vasitələri qadınların ən önəmli əşyalarından biridir. Kosmetik vasitələrdən düzgün istifadə etmək zəruri olduğu kimi, onların mühafizə qaydalarını bilmək də vacibdir. Gözəl görünmək üçün kosmetik məhsullara yüksək məbləğlər ödəyir, əvəzində inanılmaz möcüzələr gözləyirik. İstəklərimizin reallaşması üçün kosmetik vasitələrə yaxşı baxmaq lazımdır. Düzgün şəraitdə saxlanılmadığı halda yararsız hala düşürlər. Çox bahalı krem rəngini dəyişə, tuş quruya, yaxud da parfum qoxusunu itirə bilər. Publika.az-ın qadın bölməsi kosmetikaları düzgün saxlamağın qaydalarını təqdim edir:
Tonal krem Tonal kremi 1 ildən çox istifadə etməyin. Uzun müddət qalan tonal kremin qoxusu dəyişir, üst təbəqəsi yağlanır. Korlanan tonal kremin bir növlüyü pozulur və ələ çəkən zaman əvvəlcə yağı, daha sonra rəngi gəlir. Tərkibi parçalanmış tonal kremi dərhal atmalısınız. Tonal kremləri günəş işığı düşməyən, eyni zamanda sərin yerdə saxlamaq lazımdır.
Tuş - Tuş digər kosmetik məhsullarla müqayisədə ən tez xarab olanıdır. Tuşun xarab olduğunu müəyyənləşdirmək çox asandır. Tuşu iyləyin. Əgər çox pis qoxu gəlirsə, deməli yarasız hala düşüb. Xarab olan tuşun qoxusu dərhal dəyişir, həm də quruyur. Tuşun gec quruması üçün içinə bir-iki damcı hind qozu yağı, yaxud badam yağı əlavə edə bilərsiniz. Tuşu otaq temperaturunda saxlamaq lazımdır.
Göz qələmi - Bəzi göz qələmlərinin tərkibi yumşaq olur. Bu cür qələmlər isti havalarda daha da yumşalır. Onları çərtdikcə qırılır, yaxud da gözə çəkmək çətinləşir. Yumşaq uclu göz qələmini istifadə etməzdən əvvəl soyuducuda 5-10 dəqiqə saxlayın. Soyuducuda qalan göz qələmi möhkəmləndiyi üçün çəkmək rahat olacaq.
Göz qələmi kimi dodaq qələmini də soyuducuda saxlaya bilərsiniz.
Pomada - Pomadalar ən gec korlanan kosmetikadır. Lakin isti hava şəraiti onları yararsız hala salır. İstidən əriyib yumşalan pomadanı çəkmək olmur. Dodaq boyalarını da sərin yerdə saxlayın. İstidə qalan dodaq boyasını çəkməzdən əvvəl soyuducuya qoyub bərkiməsini gözləyin.
Ənlik, göz kölgəsi, kirşan - Toz şəklində olan kosmetik məhsullar adətən korlanmır və tərkibi dəyişmir. Lakin onlar bayatlaşa bilərlər. Bu məhsulları 2 ildən artıq istifadə etmək olmaz.
Maye halında olan məhsulların ömrü daha azdır. Bu məhsulların bir müddət sonra yağı ayrılıb üstə çıxır. Maye halında olan ənliyi 6 aydan 1 ilə qədər istifadə edə bilərsiniz. Günəşdən uzaq yerdə saxlayın.
Dırnaq boyası - Dırnaq boyası lap tez korlanır. İsti yerdə uzun müddət qalan, ağzı yaxşı bağlanmamış dırnaq boyaları tez quruyur. Bu cür dırnaq boyasını isə istifadə etmək mümkün deyil. İçinə aseton əlavə edə bilərsiniz. Bu üsulla dırnaq boyalarının ömrünü uzada bilərsiniz.
Kremlər - Məhsulların son istifadə tarixinə baxmağı unutmayın. Rəngi, tərkibi, qoxusu dəyişən kremləri qətiyyən istifadə etməyin. Kremləri ən çox 24 ay istifadə etmək olar. Kremlərin faydasını görə bilmək üçün soyuducuya qoyun. Bu üsulla kremdən gözlədiyiniz təsiri daha tez əldə edə bilərsiniz.
Heç bir məhsulun ağzını açıq qoymayın. Əks halda, hava dolub bakteriyanın yaranmasına səbəb olacaq.
Parfum - Parfumları düzgün şəraitdə saxlasanız, 1 ilə qədər istifadə etmək olar. Gün işığı və hava ilə təmas parfumları korlayır. İstifadə etdikdən sonra parfumun qapağını bağlayın və mümkünsə qutuda saxlayın. Parfumu soyuducuda saxlamaq olmaz.
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır




































.jpg)

