Qadın
İsti havalarda makiyajın axmaması üçün nə etməli?
İsti havalarda axmış makiyaj, ləkəli üzlər xanımları çox səliqəsiz və pis göstərir. Bəs bunun qarşısını necə almaq olar və makiyajın axmaması üçün nə etmək lazımdır? Makyajın axması təkcə isti hava və tərdən asılı deyil. Yay aylarında dəri daha çox yağ istehsal edir. Buna görə də makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlər, üz təmizləyici və ya azaldıcı tonik çəkin.
Avropanın tanınmış vizajistləri bu kimi halların qarşısını almaq üçün makiyaj etməzdən əvvəl dərini balanslaşdıran kremlərdən, üz təmizləyici vasitələrdən istifadənin mütləq olduğunu bildirirlər. Həmçinin dəridə yaranan yağlılıq probleminin qarşısını almaq üçün yay aylarında tonal kremlərdən istifadə olunması tövsiyyə edilmir. Yay aylarında tonal kremin kirşanla əvəz olunması daha yaxşı olardı.
Əgər istifadə etmək məcburiyyətindəsinizsə, sadəcə lazimi yerlərdə və özəl gecələrdə çəkin. Bütün üzə çəkmək məcburiyyətində də deyilsiniz. Tonal krem və korrektor çəkərkən qatı çox etməyin və nazik olmasına diqqət edin. Üzdəki qüsurları şəffaf toz kirşanla örtün. Toz kirşanlar üzə çəkildikdən sonra dağılmır və daha qalıcı olur.
Göz kölgələrindən istifadə etdiyiniz zaman əvvəlcə göz qapaqlarına pudra çəkin. Göz kölgələrində də üstünlüyü toz şəklində olan kölgələrə verin. Beləcə, göz makiyajı axmayacaq, göz qapaqlarına çəkilən kölgələr uzun müddətli olacaq.
Yayda suya davamlı tuş və göz qələmindən istifadə edin. Suya davamlı kosmetik vasitələr tərlədiyiniz zaman tuş və qələmin gözlərdən axmasına icazə vermir.
Pomada çəkməzdən əvvəl tonal kremdən azca dodaqlara da çəkin. Üstündən isə dodaq boyasını çəkib dağıdın. Bu üsul dodaq boyasının daha uzun müddət qalmasına kömək edəcək.
Sonda isə makiyajın üzdə daha yaxşı qalması üçün xüsusi spreylər sıxa bilərlsiniz.
Publika.Az
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır


































.jpg)

