Qadın
Yayın dəb tendensiyası: dəniz printləri – FOTOLAR
Moda evlərinin kreativ dizayneləri yeni mövsümdə öz alıcılarını təəccübləndirməkdə davam edirlər. Belə ki, yay mövsümünə xas olan çiçək printlərindən başqa, geyimlərdə dəniz mövzusuna da geniş yer veriblər. Kenzo, Julien David, Miu Mui, Olympia Le Tan kimi iri moda evlərinin yay kolleksiyalarında dəniz ab-havası hökm sürür.
Onların yeni kolleksiyası əsasən dəniz mövzusuna həsr olunub. Kenzo moda evinin dizaynerlərinin: Kerol Lim və Umberto Leonun 2014 yaz-yay moda həftəsində nümayiş etdiyi kolleksiyası da dəniz mövzusunda idi. Bu kolleksiyada moda evi Blue Foundation şirkəti ilə əməkdaşlıq edib. Bununla onlar dünya okeanlarının mikroflorasının qorunması uğrunda mübarizə aparmaq üçün birlikdə tərəfdaşlıq ediblər. Bundan başqa, dizaynerlər nümayiş zamanı etiraf ediblər ki, “okean, onun gücü və daimi dəyişikliklər onları həmişə mütəəssir edir”.
Yubkalar, toplar və şortlarda kiçik balıqlar sanki rəqs edir, şalvarlarda və iri həcmli köynəklərdə müxtəlif üfüqi və şaquli cizgilər, əsasən göy və qırmızı rənglər diqqət cəlb edir. Elə bir təəssürat yaranır ki, bu cizgiləri flomasterlə, əllə çəkmisən. Bir növ keçidi xatırladan göy və qırmızı cizgilər sanki dünya okeanlarında çirklənmənin və həddən artıq istehsal məqsədilə balıq ovunu dayandırmağın lazım olduğu mesajını verir.
Yaz-yay mövsümü üçün dizaynerlər dəniz elementlərindən düzəldilən aksessuar və panamalar təklif edir. Həmçinin ayaqqabı və çantalarda da dəniz mövzusu kəskin hiss olunur. Publika.Az-ın qadın bölməsi dəniz təsvirləri ilə diqqət çəkən yay dəbinə aid fotoları təqdim edir:
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










