Qadın
Prezidentin 64 yaşlı xanımının gözəl ayaqlarının SİRRİ - FOTO
Fransanın birinci xanımı Bricit Makron istər mini yubka və donlarda, istərsə də, dar cinslərdə hər zaman əla görünür. Hətta Amerika prezidenti Donald Tranp diplomatik görüş zamanı etiket qaydalarını pozaraq ona “Madam Makron çox yaxşı formada qalıb” deyə bildirib. Burada açar söz -“formadasınız” idi.
Publika.az bu yazıda oxucuları birinci xanımın qamətli bədəni və biçimli ayaqlarının sirri ilə tanış edib.
Madam Makronun gözəl bədən quruluşu təkcə düzgün qidalanmanın, eyni zamanda və yaxşı genetikanın nəticəsidir. Lakin o da həqiqətdir ki, müəyyən yaşdan sonra hətta genetikanız yaxşı olsa belə, pəhrizin köməyi olmadan bədənin ideal formasını qorumaq sadəcə mümkün deyil.
Ona da diqqət yönəltmək lazımdır ki, Bricit Makron öz arıqlığına baxmayaraq, həddən artıq cılız görünmür. Eyni zamanda onu əzələli qadın da adlandırmaq olmaz. Onun bədəni tonusdadır və bu, ən doğru seçimdir. Çünki qadınlar yaşa dolduqca məhz buna nail olmağa çalışır.
Birinci xanım düzgün qidalanma vərdişləri ilə bərabər idmanla məşğul olur. Həm də, çoxdan. Xanım Makron pilates və simmetriya məşqləri edir. Sonuncu əzələ tonusunu bərabərləşdirməyə və bədən uyğunsuzluğunun aradan qaldırılmasına xidmət edir.
Madam ağır atletika ilə məşğul olmur. O, rəqqasların əzələ və bağların elastikliyini saxlamağa imkan verən pilates hərəkətlərini yerinə yetirir.

Məşqlərin nəticəsi adi gözlə də görünür: Fransanın birinci xanımı protokol qaydalarına zidd olsa da, özünə dizdən yuxarı paltar geyinməyi və öz ayaqlarını nümayiş etdirməyi rəva görür. Halbuki, xanımların çoxu 40 yaşdan sonra uzun paltarlara üstünlük verir. Razılaşmaq lazımdır ki, 64 yaşında 12 sm-lik dikdaban ayaqqabılarda gəzmək və belə ayaqlara sahib olmaq yaxşı fiziki hazırlıq tələb edir. Odur ki, birinci ledidən nümunə götürməyə dəyər.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makronun xanımı Bricitin ondan 24 yaş böyük olması uzun müddət dünya mətbuatında müzakirə olunub. Fransa lideri 15 yaşı olanda müəlliməsinə dəlicəsinə aşiq olub. Bu eşq sonradan cütlüyün nikaha girməsi ilə nəticələnib.
Aytən
-
Səhiyyə04:14Stomatoloq öpüşməklə bağlı xəbərdarlıq etdi
-
Dünya02:42Bu dəfə Yaponiya yerindən oynadı
-
Magazin102:12Məşhur bloqer cütlüklərin illər əvvəlki görüntüləri - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlərlə qarşılaşa bilərsiniz.
-
Sosial15 Avqust 23:24Məşhur futbolçu oyun zamanı huşunu itirdi
-
Hadisə15 Avqust 23:12Ucarda dəhşətli qəza - Ölənlər var
-
Sosial15 Avqust 22:48Bu da Nüşabə Ələsgərlinin nəvəsi - FOTO
-
Magazin215 Avqust 21:36"Ağıllı ol, əlimdə oteldə çəkilən videoların var" - Damla və İradə arasında QALMAQAL
















.jpg)



















