Qadın
Mini ətək sevirsən? Sellülitə də hazır ol!
Gözəlliyin qurban tələb etdiyi barədə fikri kim
eşitməyib ki? Məhz bu fikri əsas gətirərək qarderobumuzdakı bəzi
əşyalara bəraət qazandırırıq. Öz əhvalımızı da risk altında
qoyuruq. Bəzən isə gözəllik və seksuallıq xatirinə geyindiyimiz
paltarlar həyatımız üçün real təhlükə törədir.
Strinq
Bu cür iplər çox seksual görünsələr də, onların zərərləri
xeyirlərindən daha çoxdur. Özünüz diqqət edin: həmin alt paltarları
asan travma olan yerlərə təsir edir. Asanlıqla infeksiya keçirə və
ya babasil kimi xəstəliklər yarada bilər. Bundan əlavə, belə
paltarların hazırlanması üçün daha çox sintetikadan istifadə edilir
ki, bu da bakteriyaların tez bir zamanda çoxalmasına münbit şərait
yaradır.
Korrektə edən alt paltarı
Bu cür paltarlar bədən əzasının bir neçə santimetrini düzəltsə də,
zərərləri xeyrindən daha çoxdur. Gözü aldadan bu paltar orqanizmdə
qan dövranını zəiflədir, onurğa sütununa təzyiq edir, həzm
sistemlərində problemlər yaradır. Bu da, öz növbəsində, ürək
bulanması və baş gizəllənməsi ilə nəticələnir.
Dar cinslər və şalvarlar
Ayaqlarda ciddi xəstəliklər - dar şalvarlara həddən artıq sevginin
nəticəsi məhz belə ola bilər. Dar şalvar bədənin aşağı ətraflarında
qan dövranını zəiflədir, damar xəstəliklərinə səbəb olur. Dar
şalvarlar bəzən mədəyə də təzyiq etdiyi üçün həzm sistemində
problemlər yaradır.
"Push up" tipli büzqalterlər
Sinənin ölçüsünü daha böyük göstərən bu paltar xanımların
qarderobunda xüsusi yer tutur. Alimlər sübut ediblər ki, bu növ
büzqalterlər süd vəzi xərçəngi təhlükəsini 20 dəfə artırır. Əgər bu
cür paltarın həvəskarı olmasanız belə, bilməlisiniz ki, 8 saatdan
artıq geyinmək damarlarda tıxanmalara səbəb ola bilər.
Hündür dabanlı tuflilər
Qadınların qarderobunda olan ən təhlükəli geyim məhz budur. Bu cür
ayaqqabıları mütəmadi olaraq geyinmək ploskostopiya, varikoz
genişlənməsi, barmaqlarda şiş yaranması və onurğa xəstəliklərinə
səbəb ola bilər. Bu cür ayaqqabılar bəzən qadınlarda sonsuzluğa da
səbəb olur.
Yastı daban həvəskarları da çox sevinməsinlər. Sizin sevimli
ayaqqabınız rahat olsa da, elə də təhlükəsiz deyil. Bu cür
ayaqqabılar da ploskostopiyaya səbəb ola bilir.
Mini ətək
Adətən bu tip paltarlar görüşlərin və klub partilərinin ən uğurlu
seçimidir. Belə paltarın yeganə təhlükəsi soyuqdəymə deyil. Mini
ətək qadının analıq orqanlarına da mənfi təsir göstərir. Soyuq
havalarda mini ətək sellülitə də yol açır. Çünki orqanizm həmişə
daha çox soyuq dəyən hissələrə piy qatı toplayır ki, soyuqdan
qorunsun. Nəticənin necə olduğunu təxmin etdin.
Milli.Az
-
Qarabağ 14:30Atasının şəhidliyindən 14 il sonra özü də Vətən uğrunda canından keçdi
-
MDB14:22Erməni deputatdan sərsəm bəyanat: "Uduzmamışıq, müharibə hələ bitməyib"
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır


































.jpg)

