Qadın
Qəhvə falı haqqında maraqlı məlumatlar
Qızlar kişilər kimi səbirli deyil. Onlar hər şeyi əvvəlcədən öyrənmək istəyir, gələcək talelərini əvvəlcədən bilməyə can atırlar. Bunun üçün, inanmasalar da, cürbəcür fallara üz tutur və batil inancları yerinə yetirirlər. Necə deyərlər, fala inanma, faldan da qalma... Gələcəyi görə bildiyini iddia edən bir çox falçılar müxtəlif üsullarla fala baxırlar. Lakin qəhvə falı bir növ əyləncə xarakteri daşıyır. Bu tərzdə qəhvə falları sadə qaydalarla baxılır. Qəhvə fincanı saat istiqamətinin tərsinə, baş üzərində üç dəfə çevrilir. Bu zaman bir dilək tutulur. Daha sonra qabın üzərinə doğru çevrilərək bağlanır.
Fincan sapından başlayaraq xəyali bir qütb, ekvator xətti ilə ikiyə yarılıb dörd parça şəklində tutulur. Saatın əqrəb– dəqiqə əqrəbinin dönmə istiqamətinə görə fala baxmağa başlanmalıdır. Xəyali qütb xəttinin sağ tərəfində qalan şəkillər müsbət simvollar olaraq şərh olunur, xəyali qütb xəttin sol tərəfində qalan şəkillər mənfi simvollar kimi yozulur. Xəyali ekvator xətti üstündə qalan şəkillər üçün hadisələrin qısa bir zaman sonra reallaşacağını göstərdiyinə inanılır. Xəyali ekvator xətti altında qalan şəkillər hadisələrin daha uzun bir zaman sonra reallaşacağını bildirir.
Qəhvə falına baxdığınız adam haqqında şüuraltınızdakı mesajları xatırlamalısınız. Falına baxdığınız adamla fincandakı şəkillər arasındakı əlaqəni dərhal quraraq enerji meydana gətirməli, daha sonra bənzətmə və şərhi verməlisiniz. Fincandakı şəkillərin mənasının nə sizi, nə də falına baxtığınız insanı üzməsinə, ya da çox sevindirməsinə icazə verməməlisiniz, nəticə etibarı ilə fal olduğunu unutmayın.
Publika.Az
-
Sosial14:09Müşavir vəzifəsindən çıxdı
-
Qarabağ 13:10Şəhid anası: "Anladım ki, onun üçün öncə Vətən, sonra ana gəlirmiş..."
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA


































.jpg)

