Qadın
Qadın belə geyinirsə, deməli...
Bəlkə də xoşbəxt olmaq üçün ən son çıxan trendlərə əməl etmək mütləq deyil.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, BMT dünyada ölkələr üzrə insanların xoşbəxtlik səviyyəsini araşdırıb. Bunun üçün alimlər texnologiya hazırlayıb və müxtəlif ölkələrdə insanların obyektiv rifah səviyyəsini, həmçinin subyektiv qiymətləndirməsini ölçüblər. Sonra isə göstəricilər müqayisə edilib və vətəndaşların xoşbəxtlik səviyyəsinə görə ölkələrin reytinqi hazırlanıb.
2017-ci ildə xoşbəxt ölkələrin onluğu belədir:
1. Norveç
2. Danimarka
3. İslandiya
4. İsveçrə
5. Finlandiya
6. Niderland
7. Kanada
8. Yeni Zelandiya
9. Avstraliya
10. İsveç
Hər il aparılan bu reytinqdə 2017-ci ildə ölkələrin tərkibi deyil, sadəcə sıralanması dəyişib:
Bilirsiniz bu ölkələri nə birləşdirir? Məlum olub ki, bu ölkələri sosial standartlar, çox yüksək həyat səviyyəsi və əhalinin geyim tərzinin sadə olması birləşdirir. Araşdırmada xoşbəxt insanların daha sadə geyinməyə üstünlük verdiyi üzə çıxıb.
Məlum olub ki, dəb paytaxtları, küçələrdində hər addımbaşı fashion fotoqraf olan, tələbələri stil ikonası kimi geyinən ölkə dünya reytinqinin dördüncü onluğunda - 32-ci yerdə qərarlaşıb. İspaniya 37-ci, uşaqları özünü dərk edəndən bəzi zövqlə geyinməyi sevən İtaliya isə 50-ci yerdə göstərilib. Buradan belə çıxır ki, araşdırma aparılan 157 ölkədən təxminən üçdə biri italyanlardan daha xoşbəxt yaşayır.
Dünyanın 10 ən xoşbəxt ölkəsində insanları şalvarının balağının neçə millimetr qatlanmalı olduğu, yubkanın və şalvarın hansı köynəklə daha gözəl göründüyü sualları narahat etmir. Norveçlilər, danimarkalılar və adlarını çəkdiyimiz digər 8 ölkənin əhalisi dəblə yaxından-uzaqdan maraqlanmır. Ümumiyyətlə onlar rahat geyimlərə daha çox üstünlük verirlər. Danimarka və Hollandiyada yolla gedən iki nəfərdən hansının qız, hansının oğlan olduğunu kənardan müəyyən etmək də mümkün deyil. Ona görə də o ölkələrə səyahət edən kişilərin çoxu qızların geyimini həmişə tənqid edir.
Lakin araşdırmanın nəticələrinə görə, İsveç ən çox xoşbəxt ölkələrdən biridir. Deməli, o ölkənin qadınları dəblə ayaqlaşmadığı, makiyaj etmədiyi və dikdaban ayaqqabı geyinmədiyi üçün özünü bədbəxt hiss etmirlər. Üstəlik, bu ölkələrdə kişilər də qadınların moda sənayesinin nümunəvi modelləri kimi görünməməsindən narahat deyil.
Xoşbəxt olmaq üçün dəbdə olan trendləri izləməyə ehtiyac yoxdur?
Alimlər bunu onunla izah edib ki, insanlar öz statusunu sübut etmək və öz geyimlərini hər gün kiməsə göstərmək ehtiyacı hiss etməyəndə daha rahat, daha sakit və daha xoşbxət olur. Onda həyatdan həzz almaq da asanlaşır.
Onu da qeyd edək ki, xoşbəxtliyin beynəlxalq reytinqində İsrail 11-ci olub. Məlum olub ki, yəhudi qadınlar da sadə və rahat geyinməyi sevirlər.
Aytən
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







