Qadın
Ancelina Coli: “Qızlarıma deyirəm ki...” - FOTO
Ancelina Coli beynəlxalq qadınlar günü ərəfəsində “Elle” jurnalının mart nömrəsinin qəhrəmanı seçilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həm filmlərdə çəkilməyə macal tapan, həm 6 uşaq tərbiyə edən, həm xeyriyyəçiliklə məşğul olan, həm də son illərdə çıxışlarından qadınların müdafiəsinə qalxan, eləcə də seksual zorakılığa qarşı fəal çıxış edən Ancelina Coli “Elle” jurnalına müsahibə verib. Aktrisdan müsahibəni ABŞ-ın sabiq dövlət katibi Con Kerri ondan götürüb. Coli məşhur amerikalı siyasətçi ilə söhbətində qızları barədə danışıb:
“Qızlarıma deyirəm ki, istənilən paltarı geyinə və makiyaj edə bilərlər, amma yalnız ağlınız sizi xarakterizə edəcək. Müəyyənləşdirin ki, siz kimsiniz, nə düşünürsünüz və bu həyatda nəyə görə vuruşursunuz. Başqaları üçün də mübarizə aparın ki, onlar da azad olsun. Qulluq etmək üçün yaşamaq dəhşətdir”.
Coli ictimai-siyasi məsələlərə çox diqqət və vaxt ayırır. Artıq bir neçə ildir o, qaçqınların işləri üzrə BMT-nin xoşməramlı səfiridir. Kino ulduzu müsahibəsində bu məsələ haqqında da söhbət edib:
“Gəncliyimdə bu mövzudan tamamilə xəbərsiz və laqeyd idim. Qaçqınlarla görüşmək və insan hüquqları məsələləri ilə maraqlanmağa başladı, çünki oxumaq istəyirdim. Bununla bağlı bir qədər romantik xəyallarım var idi: Hesab edirdim ki, ayaqqabıları geyərəm və humanist olaram. Amma həmişə məsələnin kökünə baxmaq lazımdır. Bu da qanuna və siyasətə gedib çıxır. Seksual zorakılığa məruz qalan qaçqınlarla görüşdüm, lakin bu işlər üzrə ittiham hökmləri olmayıb. Ona görə də qanun və hökumət nümayəndələri ilə işləməyə başladım”.
Ulduz ictimai çıxışlar zamanı dəfələrlə gender bərabərsizliyinin mövzusuna toxunub. O hətta NATO-ni qadınların müdafiəsinə çağırıb. Ona görə də aktrisa bu həyati mövzudan bu dəfə də yan keçməyib:
“Həmişə düşünürəm ki, bu gün əldə etdiklərimizə görə qadınlar necə mübarizələr aparmalı olub. Gündəlik həyatda özünüzü necə aparmağınız, öz hüquqlarınız barədə bilməyiniz və bütün dünyada qadınlarla həmrəy olmağınız da çox əhəmiyyətlidir”.
Aytən
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı












.jpg)














.jpg)







