Qadın
Dünyanın ən gözəl dodaqlı qadınları - FOTOLAR
Qırmızı dodaq boyasının maraqlı
tarixi
Qırmızı dodaq boyası qadınlara bəzən gözəl, bəzən seksual, bəzən də hüznlü görkəm bəxş edir. Amma min illərdir ki, yenə bizimlədir. Lakin bir məsələ var: qırmızı dodaq boyası hər dodağa yaraşmır. Qırmızı pomadadan istifadə etmək üçün dodaq quruluşunuz buna icazə verməlidir. Beləliklə, vaz keçmədiyimiz bu ehtirasın tarixinə nəzər salmaq istərdim. Publika.Az-ın qadın bölməsi qırmızı dodaq boyasının tarixi haqqında maraqlı faktları təqdim edir.
Qədim Misir
Qırımızı dodaq boyasının ilk istifadəsi Qədim Misir dövrünə təsadüf
edir. O vaxtlar dodaqlara qırmızılıq vermək üçün qiymətli daşlar
əzilərdi. Bu bahalı üsuldan təkcə qadınlar deyil, kişilər də
yararlanırdı. Misir şahzadəsi Kleopatra da qırmızıya boyanmış
dodaqları ilə tanınır. Amma onun dodaq boyası qırmızı rəngli
böcəklərdən və qarışqalardan əldə edilirdi. Kleopatranı təqlid
etmək istəyən misirli qadınlar qırmızı dodaq boyası əldə etmək üçün
ağlagəlməz üsullarla baş vururdular. Bir xeyli toksin maddəni
qarışdıraraq əldə edilən qırmızı dodaq boyası bir çox xəstəliyə,
hətta ölümə də səbəb olub. Ölümcül öpüş ifadəsi də buradan
qaynaqlanır. Qeyri-adi ilk sədəfli pomada Qədim Misirdə yaranıb.
Balıq pullarının əzilməsi ilə əldə edilən bu pomada qırmızı rəngin
adına kölgə salsa da, hələ də istifadə edilir.
16-cı əsr
1500-cü illərdə qəribə və özünəməxsus makiyajı ilə 1 Elizabetta
diqqət çəkir. O, bakirəliyi təmsil edən ağappaq rəngə boyanmış dəri
və qırmızı dodaqları ilə tarixə düşüb. Kraliçanın tünd qırmızı
dodaq boyası çeşidli bitkilərin qarışığından əldə edilirdi. O
vaxtlarda belə inanc var idi ki, guya bu tərz makiyaj qadınları
ölümdən qoruyur. Amma kraliça öləndə də köməkçiləri üzünə bu
makiyajı çəkmişdilər.
17-ci əsr
16-cı əsrdə məşhurlaşan qırmızı pomada 17-ci əsrdə mühafizəkarlığın
hədəfinə çevrilir. Hətta İngiltərədə toydan qabaq makiyaj edən
qadınların toylarının ləğv ediləcəyinə dair qanun çıxarılır. 100 il
əvvəl kraliçanın makiyaj trendi olan qırmızı pomada artıq
fahişələri və əxlaqsız qadınları seçmək üçün istifadə edilən bir
vasitə idi. Fransada isə vəziyyət tamam başqa idi. Bütün soylu
nəsillər çeşid-çeşid kosmetika ilə üzlərini bəzəməyə can atırdı.
Fahişələr və adi qadınlar isə təbii görünməli idi.
19-cu əsrin sonları
18-ci əsrin sonlarında Klariça Viktoria pomadanı və qırmızı rəngi
özünə rəva bilmədiyi üçün qırmızı rəngli dodaqlar moda aləmindən
uzaq düşdü. Lakin bu ənənəni pozanlar da var idi. Fransalı aktrisa
Sara Bernhardt sadəcə sənəti tələb etdiyi üçün deyil, gündəlik
həyatda da qırmızı pomada ilə gəzirdi. Bu isə o vaxtlarda çox cəsur
addım hesab olunurdu. Çünki bu tabunu yıxmaq o qədər də asan
deyildi. Amerikada ilk dodaq boyası reklamına 1890-cı illərdə
“Sears” kataloqunda rast gəlmək olar. Bu pomadaya qırmızı rəng
verən “Kolanın içində böcək var” xəbərlərindən xatırlaya
biləcəyiniz cochineal böcəyidir.
1900-1920
1900-cu illərin əvvəllərində qırmızı pomada yenidən dəbə minir.
1915-ci ildə Maurice Levy hazırkı pomada qəlibinə yaxın bir şey
icad edir. Bu yararlı pomadandan əvvəl isə, balmumu və hind
yağından əldə edilən dodaq boyaları ipək kağızlara bükülmüş
vəziyyətdə satılırdı. Bu halda onları çantada gəzdirmək
qeyri-mümkün idi. Alışdığımız pomada qabları 1923-cü ildə icad
edilir. Bu rahat cihaz Chanel, Guerlain, Elizabeth Arden, Helena
Rubenstein və Max Factor kimi kosmetika evlərinin yaranmasına kömək
edir. İlk film ulduzları qırmızı dodaq boyasının haqqını verə
bildilər. Ondan kortəbii şəkildə deyil, düzgün formada istifadə
etməyi bacardılar. Bu qırmızı daha çox zoğalı tonlara yaxın idi
çünki filmlər ağ-qara çəkilirdi. Klassik qırmızı isə ekranda demək
olar ki, görünmürdü. Aktrisaları təqlid etmək istəyən qadınların
zoğalı tonlara hücumu başlayır.
1930-cu illər
1930-cu illərdə kosmetika evləri reklam bazarına girişir. Modern
görkəmin birinci şərti olan pomada eyni zamanda iqtisadi böhranı
aradan qaldırmağın bir yolu olur. Əsgər getməyən qadınlar pomada
almaqla iqtisadiyyata kömək etmiş olurdular. Ya da reklam
şirkətlərinin uydurmaları idi, deyə bilmərəm... İlk günəş
şüalarından qoruyan pomada da bu tarixdə yaranıb.
1940-cı illər
Müharibə illərində iqtisadiyyat zəiflədiyi üçün kosmetika
istehsalının da inkişafı dayanır. Bu da qalıcı dodaq boyalarının
yaranmasına səbəb olur. Kimyagər Hazel Bishop elə bir pomada icad
etdi ki, pomada satışında partlayış baş verdi. Eyni illərdə
mühafizəkarlar pomada ilə mübarizə aparmağa başladılar. Belə ki,
kişilər evləndikləri qızların pomada çəkməyini istəmirdi. Bu
haqq-hesabdan sonra kosmetika şirkətləri müştərilərinin yaşını
16-ya düşürürlər. Bu illərdə amerikalı qadınlar isə kosmetikadan
gen-bol istifadə edirdilər. Çantalarında isə ən az bir ədəd pomada
olmalı idi.
1950-ci illər
50-ci illərdə pomada artıq gözəlliyin deyil, həm də seksuallığın da
simvoluna çevrilir. Marilyn Monroe, Rita Hayworth, Ava Gardner və
Elizabeth Taylor sayəsində qırmızı pomada adətən qızıl çağını
yaşayır. Mühafizəkarlıq dalınca qaçmayan dünya, qadınlara xüsusi
günlərdə kosmetika hədiyyə etməyə başladı. Kişilər də öz
yanaşmaları dəyişmişdilər. Artıq bəzək-düzəksiz qadınlar onları
cəlb etmirdi.
Çox uzun vaxt keçdikdən sonra sadəcə pomadaların rəng çeşidləri
artır. 60-cı illərdə Mod dəbinə uyğun olan süd rəngləri, 70-ci
illərdə isə “Pink”in yəni, çəhrayının dəbə gəlişi ilə bənövşəyi
pomadalar da məşhurlaşdı.
1980-cı illər
Qırmızı pomada geri qayıdır və bu dönüşü qadınlar Madonnaya borclu
idi. Qıpqırmızı dodaqları ilə həddindən artıq iddialı qadın obrazı
yaradan Madonna “Like a Virgin” turu ərzində tamaşaçı qarşısında
qırmızı dodaqlar çıxış edir.
1990-cı illər
Grunge (Geyim tərzidir: ümumiyyətlə, aqressiv, depressif, nihilist və vecsizliyi ifadə edir. Grunge geyim tərzi cırıq, yamaqlı cinslər, damalı köynəklər və sallanan qollu jiletlər olaraq göstərilir. Düz və uyğun geyimin əksinə, pis və dağınıq geyim tərzidir.) axının da təsirinin artdığı illərdə qadınlar daha çox qəhvəyi tonlara yönəldilər. Sədəfli pomada varlığını hiss etdirə bilir. Ancaq Sindy Kravford kimi super modellər və aktrisalar qırmızı pomadadan istifadə etməyə davam edirdilər.
2000-ci illərdə
Musiqiçi, dizayner, rokçu, ana necə təsvir edirsiniz edin...
2000-ci illərdə qırmızı pomadaya həyat öpüşü verən Gven Stefani
idi. Sapsarı saçları və qabarıq qırmızı pomadanı özünə yaraşdıra
bilirdi. Stefani onu görən qadınlarda qırmızı pomada ehtirtasını
oyadırdı.
2009-cu illərdə
Qırmızı pomadanın gücünü kəşf edənlərdən biri də Ledi Qaqa ən
qeyri-adi geyimlər, makiyajlar seçsə də, qırmızı pomadanı heç nə
ilə əvəz etmir.
2012-ci il
Artıq yüzlərlə dodaq boyasının mövcud olduğu dövrdə yaşasaq da,
aktrisalar və modellər ziyafət gecələrində ən çox bu rəngə müraciət
edirlər. Ancelina Coli, Skarlett Yoxanson, Adriana Lima kimi dolu,
həcmli dodaqlara sahib olan qadınları qırmızısız təsəvvür etmək
mümkün deyil...
-
Magazin101:41Şəbnəmin arxiv videosu yayıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Emosiyalar sizi bir az sarsıda bilər
-
Magazin12 May 23:12Manana Çaparidze bağını nümayiş etdirdi - FOTO
-
Kriminal2 May 22:12Azərbaycanda toyda qan töküldü - Qardaşlar...
-
Region2 May 21:48Nərgiz Məhəmmədi həbsxanadan xəstəxanaya yerləşdirildi
-
İdman2 May 21:36Xanım azarkeşlər üçün forma hazırlandı - FOTO
-
Sosial2 May 21:00Gəncə terrorunda valideynlərini itirən Sevilin oğlu - FOTO
-
Magazin22 May 20:24Bülent Ərsoy reklam qonorarı ilə rekord qırdı












.jpg)


















.png)

.jpg)






