Ən varlı ərəb şahzadəsinin QIZIL HƏRİSLİYİ: zinət əşyalarına xərclənən MİLYONLAR - FOTO
Bizi izləyin

Qadın

Ən varlı ərəb şahzadəsinin QIZIL HƏRİSLİYİ: zinət əşyalarına xərclənən MİLYONLAR - FOTO

Qətərin keçmiş əmirinin həyat yoldaşı və dünyanın ən varlı "ərəb şahzadəsi" kimi tanınan Şeyxa Mozanın 7 milyard dollardan artıq sərvəti və çoxlu sayda bahalı zinət əşayaları kolleksiyasının olduğu bildirilir.

Publika.az bu yazıda modapərəst oxucuları Şeyxa Mozanın bahalı zinət əşyaları kolleksiyası ilə tanış edib.

Şeyxa Moza Qətərın dövlət işlərində iştirak edir və öz ölkəsini dünyanın nüfuzlu tədbirlərində təmsil edir. Şeyx Moza nəinki ictimaiyyət qarşısına hicabsız çıxır, eyni zamanda Şərqin ən yaxşı geyinən qadınlarından biri sayılır və gözəl üslubu ilə hər kəsi heyran qoyur.

İnanmaq çətindir, amma, bu xanım ərinə yeddi uşaq bəxş edib. Buna baxmayaraq, Moza gözəl bədən quruluşunu saxlayıb və əvvəlki kimi qədd-qamətli qalıb. O, artıq neçə illərdir ki, stil ikonası adının ən layiqli münayəndənlərindən biridir. Moza ərəb dünyasının stereotiplərini qırmaqla özündə Şərq və Avropa dəb ənənələrini birləşdirən fərdi üslubunu yaradıb.

Hərçənd ki, Moza özünə istənilən sayda bəzək əşyaları taxmağı rəva görə bilər, amma o, minimumla kifayətlənir. Onun üzərində adətən, bir və ya iki zinət əşyası görmək olar. Zərif zinət əşyaları ərəb şahzadəsinin obrazını ideal tamamlayır.

Bəzək əşyaları

“Bvlgari” zərgərlik evinin “Serpentine” kolleksiyasından məşhur kəmər-boyunbağı

КоÐ

Şeyxa Moza “Bvlgari” zərgərlik evinin “Serpentine” kolleksiyasından məşhur kəmər-boyunbağını çətinliklə əldə edib. Bu bəzək əşyası əvvəllər “Vogue” dəb jurnalının keçmiş redaktoru Diana Vrilanda məxsus idi. O, illər əvvəl mağazada nümayişə çıxarılıb, amma satış üçün deyildi. Moza boyunbağını əldə etmək üçün mağazanın sahibini çox uzun müddət dilə tutmalı olub və nəhayət, işadamını razı sala bilib.

Şərq ənənəsinə uyğun olaraq Mozanın başı həmişə örtülüdür. O, daha çox çalma və əmmamələrə üstünlük verir, onsuz Şeyx Moza demək olar, heç vaxt heç yerdə görünmür. Maddi baxımdan korluq çəkməyən Moza Avropanın ən bahalı geyim brendlərini seçir və onları artıq "vizit kartı"na çevrilmiş çalma və lüks eksklüziv zərgərlik əşyaları ilə uyğunlaşdırır.

Тюрбан украшен парными брошами Скарабей от Cartier (беÐ

Moza əmmamələrini qiymətli sancaqlarla bəzəməyi sevir. Bu şəkildə ağ qızıl, brilyant, bozumtul kvarsdan olan broşu “Cartier”dəndir.

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Sırğalar

“David Webb” dan olan sırğalar brilyantlar, qara qızıl və platindən hazırlanıb. Sırğa ar-deko üslubunda hazırlanıb, lakin yaranma tarixi 1974-cü ilə aiddir.

Серьги от David Webb - бриÐ

Üzük

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Yaxa sancaqları

Брошь Распускающаяся роза от Van Cleef & Arpel

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Boyunbağı

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Rəsmi tədbirlər üçün o, daha çox mirvari seçir. Bu, tək sap, həm də çoxqatlı, son dərəcə gözəl və nadir mirvari boyunbağılar ola bilər.

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Mozanın zinət əşyaları kolleksiyasının qiymətini isə sadəcə təxmin etmək olar. O, xüsusilə “Сartier” brendinin zərgərlik nümunələrini çox sevir və onlara heç vaxt pul əsirgəmir. Belə ki, 1998-ci ildə zərgərlik evi 150 illik yubileyi ilə bağlı nadir platin boyunbağı - “Eternity” satışa çıxarıb. Bu zinət əşyasının hazırlanmasına çəkisi 205 və 206 karatlıq olan iki çox böyük fantastik zümrüd, eləcə də xırda zümrüdlər və çoxlu brilyant daşlar sərf olunub.

Ужин в ГиÐ

2010-ci ildə Şeyxa Moza ictimaiyyət qarşısına bu boyunbağıda çıxmışdı. Yalnız onun xahişi ilə zinət əşyasının dizaynı dəyişdirilib, kiçik brilyant və zümrüdlər çıxarılıb, iri zümrüdü isə iri brilyantlarla əvəzləyiblər. Şərqin ən gözəl geyinən xanımı haqqında danışdığımız “Eternity Cartier” zinət əşyasını 2010-cu ildə London səfəri zamanı taxıb.

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Şeyxa Moza həm də “Cartier”in iki boyunbağı, sırğa və bilərziyin daxil olduğu “Pantera” kolleksiyasının sahibidir. Onlar ağ qızıl, brilyant, oniks və zümrüdlər istifadə etməklə yerinə yetirilib.

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Bu kolleksiyanın ən bahalı və məşhur elementi Mozanın 2010-ci ildə Londonda “Sothebys” hərracında aldığı qolbaqdır. Bundan əvvəl qolbağın sahibi sevgilisi naminə taxt-tacdan imtina edən VIII Eduardın həyat yoldaşı Uollis Simpson idi. Hərracda qolbaq üçün Moza fantastik məbləğ (onda qolbağın dəyəri 7 milyon dollar idi) xərcləməyə məcbur olub.

Какие драгоценности носит шейха Моза – одна из самых красивых, богатых и стиÐ

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm