Qadın
Təzə gəlinin İngiltərə kraliçası ilə ilk rəsmi səfəri - FOTO
Meqan Marklın Böyük Britaniya kral ailəsinin rəsmi üzv olmasından heç bir ay keçməyib, amma onun çiyinlərinə artıq məsul missiya qoyulub. O, II Yelizavetanı Çeşir qraflığına səfəri zamanı müşayiət etməlidir.
Publika.az xarici mətbuata istinadən oxucuları təzə gəlinin qaynanası ilə birlikdə qatıldığı ilk rəsmi tədbirin təfərrüatları ilə tanış edir.
Kraliça və Sassekskaya hersoginyası Çeşir qraflığına kral ailəsinin 1842-ci ildən istifadə etdiyi əfsanəvi “The Royal Train” qatarında yola düşüb. Maraqlıdır ki, heç də kral ailəsinin bütün üzvləri bu nəqliyyatdan istifadə edə bilməz: II Yelizaveta özü, onun həyat yoldaşı şahzadə Filip, onların oğlu – şahzadə Çarlz və onun həyat yoldaşı Kamilla Parker-Boulz. İstisna yalnız bir dəfə, 2003-ci ildə şahzadə Uilyamın üçün edilib. O, doğum günü münasibətilə öz turu çərçivəsində “The Royal Train” qatarında gəzib.
Meqan Marklla kraliçanı Çeşir qraflığına zəngin səfər proqramı gözləyib.
1. İlk növbədə Meqan və Ülyahəzrət “Mersey Gateway Bridge” körpüsünün təntənəli açılış mərasimində iştirak ediblər.
2. Sonra analoji mərasim “Storyhouse Theatre” teatrının yaxınlığında keçirilib.
3. Kraliça II Yelizaveta və Meqan Marklın sonuncu dayanacağı isə “Chester Town Hall” olub, onlar orada əvvəlcə nahar ediblər, sonra isə evə gediblər.
Sussekskya hersoginyası qaynanası ilə ilk rəsmi çıxışı üçün “Givenchy” moda evindən beli qara kəmərli, bej rəngində sadə midi don seçib. Bu dəfə Meqan çiyinləri bağlı libas seçib, açıq geyimdən imtina edib. O, obrazını balaca qara kltaçla və “Sarah Flint”dən olan klassik stilettolarla tamamlayıb.
Xatırladaq ki, kraliça II Yelizavetanın “rəsmi" doğum günü münasibətilə Bukingem sarayında baş tutan ənənəvi “Trooping the Colour” mərasiminə Meqan Markl çiyinləri açıq libasda gəlmişdi. Kral ailəsinin xanımları arasında çiyni açıq paltara üstünlük verən sadəcə Meqan olmuşdu. Bir çoxları hesab edir ki, təzə gəlin çiyni açıq paltar geyinməklə kral protokollarını pozub.
Yeri gəlmişkən, Meqan ilk səfəri zamanı Harri olmadan da kraliça ilə ümumi dil tapıb. Qaynana ilə gəlinin səfər boyu deyib-gülməsi diqqət çəkib.
Bəzi mənbələr onu da iddia edir ki, kraliçanın Şahzadə Uilyamın həyat yoldaşı, Kembric hersogonyası Keyt Middltonla münasibətləri yaxşı deyil.
Aytən
-
ABŞ05:15ABŞ Yaxın Şərqdəki təyyarədaşıyan gəmisini geri çağırır - Nə baş verir?
-
Region02:00Türkiyədə leysan yağışları daşqına səbəb oldu - Ölən var
-
Qoroskop01:40Günün ulduz falı: planlı addımlar sizə qazanc gətirəcək
-
Sosial29 Aprel 22:32Bakıda kirayə qiyməti 40 min manat olan evlər - Video
-
ABŞ29 Aprel 20:48Pentaqon İrandakı əməliyyatın xərclərini açıqladı
-
Magazin129 Aprel 20:12Onun sürprizi Əməkdar artisti ağlatdı
-
Sosial29 Aprel 18:20Metro və avtobuslarda ödənişlə bağlı yenilik
-
Dünya29 Aprel 17:27İngilislər bu məkanları görmək üçün Türkiyəyə axın edirlər – Fotolar





































