Qadın
Ordumuzun ən gözəl XANIM XÜSUSİ TƏYİNATLISI HAMINI HEYRAN ETDİ - FOTO
Azərbaycan Silahlı qüvvələrində qadınların olması nadir hadisə deyil. Hazırda ordumuzda zabit, gizir, çavuş və s. rütbəsi olan yüzlərlə qadın xidmət edir. Bəşəriyyətin gözəl nümayəndələri hələ qədim dövrlərdən öz qəhrəmanlığı ilə fərqlənirdi. Əfsanəvi qəhrəmanlarımız Koroğlu, Qaçaq Nəbi həyat yoldaşları - Nigar və Həcər ilə çiyin-çiyinə mübarizə aparıblar. İkinci Dünya Müharibəsi zamanı cəsur pilotlar Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədov, Sona Nuriyeva, hərbi həkim Züleyxa İsmayılova, Safiya Rüstəmbəyova, Kübra Məmmədova, Suğra Paşayeva, Səkinə Əliyeva, Sara Mirnağızadə və başqaları çoxsaylı döyüşlərdə qəhrəmanlıq nümayiş etdiriblər. Qarabağ müharibəsi dövründə iki mindən artıq hərbçi qadın və onlardan 600 nəfəri birbaşa hərbi əməliyyatlarda iştirak edib.
Qadınlar könüllü şəkildə Azərbaycan Silahlı qüvvələri xidmətinə daxil olur və onların xidməti Hərbi Xidmət Haqqında Əsasnamə ilə tənzimlənir. Qadın hərbçiləri ölkənin Silahlı Qüvvələrində, kargüzarlıq, təhsil, tibbi yardım göstərilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi sahələrində çalışır. Onlar arxa cəbhədə, kəşfiyyat və digər qoşun növlərində xidmət edir. Göstərdikləri xidmətlərə görə, qadın hərbiçilərə mayor, polkovnik-leytenant kimi yüksək zabit rütbələri verilib.
Onların arasında gözəl və xüsusi təyinatlılardan biri olan Tehranə Bəhruzi var ki, hətta "Miss Top Model 2015 II Vice Miss" beynəlxalq nominasiyanın qalibi olub.
Publika.az xəbər verir ki, Azərbaycan gözəli və xüsusi təyinatlısı Tehranə Bəhruzi Azərbaycan Silahlı qüvvələrinin 100 illiyi münasibətilə fotosessiya etdirib. Fotoların müəllifi Ramin Aslanovdur.
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı


































