Qadın
Gözəllik yarışmasına hicabda qatılan model tarixə düşdü – FOTO
İngiltərədə gözəllik yarışmasına hicabda qatılan model Model Sara İftekhar finala qədər yüksəlib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə Haddersfild Universitetinin hüquq fakültəsində təhsil alan 20 yaşlı Sara “Miss England” gözəllik müsabiqəsində iştirak edib. O, müsabiqəyə hicabda qatılmasına baxmayaraq, finala qədər yüksələ bilib. Müsabiqənin əsas qalibi isə gələn həftə seçiləcək.
Sara instaqramda bildirib ki, müsabiqədə heç vaxt unudulmayacaq bir təcrübə qazanıb:
“Burada finala qədər yüksələcəyimi düşünməzdim. Hər kəs necə görünməsindən asılı olmayaraq, özünə görə gözəldir. Çəki, boy, irq, dəri rəngi və s. amillər əhəmiyyətsizdir”.
Müsabiqə eyni zamanda Cənubi Amerikada, Şri-lankada və Rusiyadakı yardıma ehtiyacı olan uşaqlara dəstək məqsədilə keçirilir. Sara da bu quruma dəstək olur və fond toplanmasına yardımçı edir.
Qeyd edək ki, Sara “Miss England” titulunu əldə edərsə, Çinin Sona şəhərinə gedib İngiltərəni "Miss World" yarışmasında təmsil edəcək.
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur



































