Qadın
İtaliyanın təqaüdçü qadınları stilləri ilə gənclərə meydan oxudu - FOTO
Milan dünyanın moda paytaxtı titulunu özündə səylər olmadan saxlayır.
Publika.az xəbər verir ki, İtaliyada təhsil almağa gələn gənc stomatoloq Ancelo yerli qadınların geyim tərzindən vəcdə gələrək onların şəkillərini çəkməyə qərar verib. Daha sonra o, instaqramda səhifə açıb və səhifədə yaşlı xanımların gündəlik obrazlarını paylaşmağa başlayıb. Səhifənin 120 000-dən artıq abunəçisi var.
Tələbə bildirib ki, səhifəni sosial şəbəkədə məşhur olmaq üçün açmayıb. Ancela hesab edir ki, italyan qadınları ləyaqətlə yaşlanmağı çox gözəl bacarır. Ümumiyyətlə, dəbdəbəli həyata, incəsənətə və gözəl geyim-kecimə məhəbbət italyan qadınların qanında var. 70-80 yaşında da baxımlı görünən italyan qadınlara həsəd aparmamaq mümkün deyil.
İtaliya uzunömürlülər diyarıdır, orada orta ömür müddəti 80-90 il təşkil edir. İtalyanların təqaüdə 66 yaşında çıxdığını nəzərə alsaq, onların kifayət qədər vaxtı var ki, həyatlarını doya-doya yaşasınlar.
Odur ki, İtaliyada adi mağazaya düşəndə belə sanki podiumda gəzirmiş geyinən qadınlar görmək təəccüblü deyil. Çətin ki, başqa bir şəhərdə qadınların yüksək modaya olan sonsuz ehtirası bu səviyyədə olsun.
Şəkillər göstərir ki, dünyada 60-dan sonra həyat var, özü də necə... Azərbaycanda isə təqaüdə çıxmaq barədə düşünmək belə dəhşətlidir. Amma biz yaxşı olacağına, xanımların istənilən yaşda baxımlı görünəcəyinə ümid edirik.
Aytən
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq
-
İdman02:00“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur


















.jpg)
















