Qadın
Nikol Kidmandan qadınları ruhlandıran TÖVSİYƏLƏR
Ömrü boyu qazandığı həyat təcrübəsini tez-tez müsahibələrində bölüşən Nikol Kidman hər zaman qadınları ruhlandıran tövsiyələr verib.
Publika.az xarici mətbuata istinadən aktrisanın tövsiyələrini təqdim edir.
Seksual görünmək üçün soyunmağa ehtiyac yoxdur!
Hər hansı qərar vermək üçün səy göstərdiyimi deyə bilmərəm. Hər şeyi öz axarına buraxıram.
Sevilmək öyrənilməsi lazım olan qabiliyyətdir. Sevməkdən daha çətindir. Sevilməyə layiq olduğunu düşünmək zaman alır.

Yaxşı şərtlərdə aşiq olmaq asandır. Çətin şərtlərdə eşqə düşməyi bacarmaq lazımdır.
Səssiz qalaraq da savaşa bilərsiniz. Gurultuya ehtiyac yoxdur!
Güclü insanlar saça, ədalara və xarici görünüşə baxmırlar, güclü insanlar daha dərinə - gözlərə baxırlar.
Yaşlaşdıqca bütün baş verənlərin mahiyyətini anlamağa başlayırsan və sadəcə lap uzağa getmək istəyirsən.

Yaşım artdıqca insanların dediklərinə daha az fikir verirəm. Bunun əvəzinə onların nə etdiyinə baxıram.
Yaşayaraq daha çox əmin oluram ki, biz qadınlar kiminsə anasıyıq. Öz uşaqlarımız yoxdursa belə qardaşımıza, dostumuza və ya kiməsə qarşı analıq instinktə bənzər hiss bəsləyirik. Sonra biz valideynlərimizin valideynləri olur və onların qayğısına qalırıq.

Gələcəyinizi idarə etmək arzusundan imtina etsəniz, daha xoşbəxt ola bilərsiniz.
Həyatınızda nə baş verməsindən asılı olmayaraq, siz həmişə sevə bilərsiniz. Aşiq olmaq çox cəsarətli bir hərəkətdir. Kiməsə bütün varlığınızla güvənmək lazımdır. Çox çətin və çox cəsarətlidir.

Aytən
-
Sosial20:12Türkiyədə axtarışda olan şəxs Bakıda saxlanıldı - FOTO
-
İdman19:56Rusiya yığmamıza 13 qol vurdu, AFFA nəticəni gizlətdi - VİDEO
-
Hadisə19:42Dəhşətli qəza: Nişana gedən maşın aşdı, 7 nəfər öldü
-
Yaxın Şərq19:35İran açıqladı: 3 pilotumuz əsir götürülüb!
-
Hadisə19:20Ağır cinayətlər törədən şəxs Bakıda saxlanılaraq Türkiyəyə qaytarıldı - FOTO
-
Sosial18:45Deputatın oğlu MİT-ə qəbul olundu - FOTO
-
Avropa17:13Varşavada Polşa tarixinin ən böyük hərbi paradı keçirilir
-
Magazin216:53İlk dəfə olaraq tam süni intellektlə serial hazırladılar - FOTO




































