Qadın
Hər kəs bu xanımlarla əlaqə QURMAĞA CAN ATIR - 5 XÜSUSİYYƏT
Nikbin əhval-ruhiyyə və həyat eşqi anlayışlı qadın qəlbinin təbii halıdır. Bu vəziyyətin əsas sirri – həyatın nə qədər zəngin olduğunu qiymətləndirmək bacarığıdır. O, özünü uydurulmuş ideallarla zəhərləmir, başqaları ilə müqayisə etmir və bəhsə girmir, mövcud şərtlərə baxmayaraq istənilən halda minnətdar ola bilir. O, sahib olduğu həyatı qəbul etmə duyğusu ilə necə yaşayacığını bilir. Çünki həyat onundur. Buraya həyatının sevincli və çətin anları daxildir. O, seçilmiş həyatı deyil, həyatın özünü sevir.
Publika.az bu yazıda oxucuları nəinki kişilərin, hətta həmcinslərinin də daha çox münasibət qurmağa can atdığını, dostluq etmək istədiyi anlayışlı, özünü və həyatı dərk edən qadınların əsas keyfiyyətləri ilə tanış edib.
Öz bərpasına qayğı
Dolğun vəziyyət - mənəvi harmoniya, uğurlar, sağlamlıq və vizual cəlbediciliyin təməlidir. Şüurlu qadın heç vaxt icazə vermir ki, qayğılar və iş həyatın dadını çıxartmağa mane olsun. O, hətta çox gərgin olsa da, öz ehtiyaclarına, tələbatlarına hörmət edir, öz enerjisinin bərpasına vaxt ayırır. O, çox gözəl bilir ki, əgər hər zamanı lazım olanı yerinə yetirirsə və öz istəklərini etməsə, gücü tezliklə tükənəcək, həyat eşqi sönəcək... O, zəifləyibsə, özünü bərpa etmək üçün həmişə vaxt və zaman ayıracaq.
O, öz "dünyəvi" tələbatına hörmət edir: Tək qalmaq, özünə qulluq, dincəlmək və rahatlıq. O, bilir ki, ətrafında yaxın insanlar olanda, özünü yaxşı hiss edir.
Təbiilik və fanatizmin olmaması - şüurlu qadının kredosudur. O, həmişə pozitiv əhval-ruhiyyədə olmaq üçün xüsusi bir şey etmir: gümrah, enerjili və şən. O, özünü heç nəyə məcbur etmir və özünü başqa cür göstərməyə çalışmır. O bilir ki, şüurlu qadın müxtəlif ola bilər. Əgər ona kədərlidirsə, o kədərlənir. Əgər şəndirsə, o sevinir. Əgər o, sakitdirsə, o rahatdır. Əgər əsəbidirsə, o hirslənir. Şüurlu qadın öz nöqsanlarını görə bilir. O, öz səhvlərini tanıyır, amma bunu dramatikləşdirmir və gizlətmir. O, nöqsanları üzərində işləyir, onlarla heç vaxt kor-koranə mübarizə aparmır.
Şüurlu qadın yaradıcı və paradoksal hadisələrə reaksiya verə bilir. O bilir ki, bu gün mühüm görünən problem sabah xırda və əhəmiyyətsiz olacaq. Bu gün dəhşətli olan, sabah gülməli olacaq. Odur ki, anlayışlı qadın ilk baxışda ağır və çətin görünən vəziyyətlə üzləşdiyi zaman zarafat eləməyi və gözlənilməz üstünlüklər tapmağı bacarır. Belə durumlarda o, özünə icazə verir ki, başqaları kimi davranmasın, fərqli reaksiya versin. O, həyatla oyun duyğusunu heç vaxt itirmir. İşə yönəlmiş məsələlərdə aşırı ciddi, məşğul və ya narahat olmaq onun sevimli janrı deyil.
Həmişə doğru olmaq mümkündür, yaxud da xoşbəxt
Dünyadakı bir çox qadın haqlıdır, eyni zamanda bədbəxtdir. Hər hansı sərt həqiqət bir qarşıdurma yaradır, hansı ki, burada hər kəs qazanmağa çalışacaq. Odur ki, şüurlu bir qadın heç kimə heç nəyi sübut etməyə çalışmayacaq. O, haqlı ola bilmirsə, çevik olmağı seçir. Onun öz fikirləri var, amma o, hadisələri dramatikləşdirmir, başqalarına nəyisə sübut etmək üçün mübarizə aparmır. Bu, o demək deyil ki, o, hər kəsə güzəştə gedir. O, düşüncələri və əməlləri ilə bu dünyanı dəyişə bilər. Lakin o, "müxalifləri" düzəltməyə cəhd etməyəcək. O, vaxtını və zehni gücünü qənaətlə xərcləyir.
Sevgi dövriyyəsi
Anlayışlı qadın sevgi və xoş hisslər içində yaşayır: O, özünü heyranlıq, məhəbbət, sevinc və inam hissiylə mühasirəyə almağı bacarır. O, hər gün heç olmasa yaxınlarından birinə və ya sadəcə tanıdığı adama dəstək olur, xoş sözlər deyir. Bəzən o, yad adamlara gülümsəyir. O, bunu minnətdarlıq əlaməti olaraq məcburən etmir, bu, xeyirxah hisslərin təbii ifadəsidir. İnsanlarla ünsiyyətdə o, hər kəsin müsbət tərəflərini görməyə çalışır. Öz çatışmazlıqlarını nəzərə alır və başqalarına da eyni cür yanaşır.
Şüurlu qadın özünü tənzimləyən "alətdir". O, günə özünü salamlayaraq başlayır: özünə xeyirli sabahlar və xoş gün arzulayır. O, güzgüdə öz əksinə gülümsəyir və özünə bir neçə xoş sözlər deyir. O, həm şəxsi həyatda, həm də həyatda özünü şüurlu şəkildə uğur və şans dalğasına kökləyir. Özünə müraciət edib özü ilə danışa bilir. Yatmağa hazırlaşarkən o, günü özünə təşəkkürlə yekunlaşdırır. O, özünə gün ərzində gördüyü işlərin hesabatını verir. Və əgər hər şey rəvan getməyibsə, o bilir ki, verdiyimiz qərarlar və göstərdiyimiz reaksiya mövcud hadisənin şərtlərindən asılı olub.
Şüurlu qadın özünə hədiyyə etməyi bacarır
O, hər zaman özünə sadəcə çox faydalı və əlverişli əşyaları deyil, həm də ona zövq verən hədiyyələr alır. Onu psixoterapiya məqsədilə və ya sadəcə çox xoşuna gəldiyi üçün ala bilər. Bu, çiçək, bəzək-düzək, geyim, kosmetika, sənət əsəri və ümumiyyətlə, ona sevinc gətirən hər şey ola bilər. Özünə dəyər verən qadın əşyanın qiyməti və xərclədiyi pulun ona layiq olması ilə bağlı fikirlərlə özünü yormayacaq. Bu hədiyyələrlə o özünə məhəbbəti ifadə edir və özü ilə təkbətək qalanda ətrafa bayram hissi yayır.
Keçmiş və gələcək haqqında xatirələr mücrüsü
Şüurlu bir qadının gələcək hadisələrin sürətini, eləcə də həssaslıq, sevgi, sevinc, fərəh və ilham anları ilə bağlı ən qiymətli xatirələrini saxladığı bir virtual mücrüsü var. Hər bir xatirə onun həyatının əsl mirvari boyunbağısıdır. Onlar enerji ilə doludur. Qadın bu mücrünü açıb öz xəyalındakı xatirələri və gələcəkdəki sevincləri yada salır. Bu xəyali obrazlar onu ruhlandırır, güc sakitlik və ilham verir. Xəyalları onun həyatında ən bahalı zinət əşyalarıdır. O, onları qayğıkeşliklə qoruyur və zaman-zaman onlara qayıdır.
Şüurlu qadın özünü xoşagəlməz hisslərdən azad edə bilir. O, artıq gərginliyi, hirsi və inciklikləri özündə toplamır. Bu qadın bəzən özünə profilaktik şarj yığır. O, bunu tək və ya yaxın rəfiqələrinin dəstəyi ilə edir. O, yığılmış hissləri sözlə və ya hərəkətlərlə ifadə edir: Ev təsərrüfatı sınıq bir fincandan, korlanmış yastıqdan və ya cırılmış jurnallardan zərər görməyəcək. Ancaq yığılmış neqativ duyğular ortadan qalxacaq və onlar yaxınlara təsir etməyəcək. Bu, o demək deyil ki, şüurlu qadın heç bir şəkildə mənfi duyğular hiss etmir. Şüurlu qadın odur ki, o, bütün neqativlərdən qurtula bilir, onları özü ilə daşımır və "yanlış ünvana" sıçratmır... Bir sözlə hirsini başqasının üstünə qusmur.
Aytən
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi