Qadın
Kişinin xoşuna gəlmək üçün ilk 7 görüşdə bunu etməyin - Vedaların qadınlara ötürdüyü MÜDRİKLİK SİRRİ
Hər bir qadının enerji sahəsində tənəzzül dövrləri olur.
Publika.az xarici mətbuata əsasən oxucuları Qədim vedaların (Vedalar və ya Veda təlimi — Hindistanın ən qədim tarixə malik əsas və geniş yayılmış dinlərindən biri. Bir sıra dinlər, xüsusilə brahmanizm, hinduizm, caynizm, buddizm və siqhizm bu təlim əsasında formalaşıb) qadınların energetikasını bərpa edən qəribə üsulları ilə tanış edib. Maraqlıdır ki, o vaxtdan heç nə dəyişməyib! Bu məsləhətlər müasir qadınlar üçün hələ də çox uyğundur.
1. Masaj
Vedalara əsasən qadın bədəninin sığal və toxunuşlara ehtiyacı var. Odur ki, qadın bədənini sevgi ilə sığallamaq lazımdır. Yoxsa enerji aşağı düşür, nəticə etibarı ilə bu bədəni sıxır və xəstəliklər doğurur.
2. Gözəllik salonu
Gözəl saç qadının sadəcə əhval-ruhiyyəsini qaldırmır. Yadda saxlayın ki, saçlar qadının fikirlərinin əksidir. Ona görə də Hindistanda qadınların saçlarına belə əhəmiyyət verilir. Yeri gəlmişkən, orada veda təlimləri çox populyardır.
3. Manikür
"Gözəl əlləri hər zaman öpmək istəyirsən!" , kişilər belə deyir. Qırmızı lak ilə manikür sayəsində rifah və gözəllik enerjisini siz özünüzə tərəf çəkirsiniz.
4. Digər qadınlarla ünsiyyət
Qarşılıqlı enerji mübadiləsi qadınların enerjisini çox gücləndirir. Bir kişinin özünü dərk etməsi üçün sakitlik lazımdır. Qadın isə öz duyğularını rəfiqələri ilə ünsiyyət zamanı yaxşı başa düşür.
5. Uzun söhbətlər (hətta telefonla)
Bu, boş vaxt itkisi deyildir. Bu, həmin qadının enerji partlayışıdır. Əgər qadının sözləri yığılarsa, çox güman ki, ürəyindəkiləri kişiyə boşaldacaq. Bu isə ən yaxşı üsul deyil.
6. Gəzinti
Qadının heç olmasa gündə bir dəfə küçəyə çıxması mütləqdir. Baxmayaraq ki, biz ocağın qoruyucusu sayılırıq, təbiətlə ünsiyyət bizim üçün çox vacibdir!
7. Musiqi
Hər gün musiqiyə qulaq asmaq lazımdır. O, klassik, meditativ və ya ürəyinizə yatan hər hansı həzin musiqi ola bilər. Səhər süfrəsi arxasında çay və ya qəhvə içərkən musiqi qoyun. Mantra səslənsə, lap yaxşı olar.
8. Çətin mövzuları təxirə salın
Bəzən qeyri-ciddi və mənasız şeylər haqqında düşünmək qadın üçün faydalı ola bilər. Qızcığaz rolu ona yenilməz gənclik bəxş edir. Xüsusilə bu bənd biznes-ledilər üçün vacibdir. Çalışın ki, iş məsələlərini işdə qoyun, evə gətirməyin.
9. Qızılgül vannası
Bu ərköyünlük deyil, ehtiyacdır! Bədəninizə bu zövqü yaşatdıqdan sonra ətrafa işıq saçmağa başlayacaqsınız.
10. Meditasiya
İstənilən rahatlaşdırıcı təlimlər qadın gücünü artırır. Heç olmasa gündə bir dəfə yatmazdan qabaq meditasiya ilə məşğul olmaq lazımdır. Meditasiya təbiətdə xüsusilə faydalıdır.
11. Vokal dərsləri
Nəğmə boğaz çakralarını təmizləyir, daha söyüş söymək və kişini danlamaq istəmirsən. Qədim İsparta şəhərində qadınlar haqqında “O nəğmə kimidir” demək kompliment idi.
12. Mağazaları ziyarət
Şopinq sadəcə yeni şeylərə baxmaq üçün deyil. Pulunuz olmasa da, hərdən mağazaları gəzin, xoşunuza gələn geyimləri yoxlayın. Öz gözəlliyinizdən zövq alın. Yadda saxlayın ki, qadın enerjisi güclüdür və bəyəndiyi hər hansı əşyaya sadəcə toxunması kifayətdir ki, tezliklə o sizin qarderobunuza daxil olsun.
13. Psixoloq ziyarəti
Xüsusilə qadınlar! Müdrik, təcrübəli qadın sizə vəziyyətə başqa cür baxmağa və onu anlamağa kömək edə bilər. Müdriklik yaşa dolmuş qadınlar tərəfindən verilir. Eyni səbəbdən nənələrlə, böyük qadınlarla ünsiyyətdə olmaq faydalıdır.
14. Rəqslər
Rəqs istənilən yaşda qadının güc və seksuallığını artırmaq üçün əla vasitədir. Əsasən ərəb və latın rəqsləri yaxşıdır.
15. Yoqa
Yoqa praktikası zehni sakitləşdirir və güc verir. Xüsusilə evli qadınla məşğul olmaq məsləhətdir. Bir kişi məşqçi bədəni yükləməyi öyrədir, lakin enerjini paylaşa bilməz, çünki o, kişidir.
16. Rəfiqələrlə müntəzəm görüşlər
Bir yerə gedərkən qadınlar qüvvələrinin güclü fonunu yaradır, həmçinin çatışmayan keyfiyyətlərin mübadiləsi baş verir.
17. Bitkilərə qulluq
Bitkilərə qulluq qadına enerji verir. Çiçəklənmə, inkişaf - bütün bunlar qadın enerjisinin əksidir.
18. Ərli rəfiqələrlə ünsiyyət
Bu, ərə getmək istəyən qadınlar üçün çox vacibdir. Vedalar üçün ailə enerjisi çox dəyərli və faydalıdır. Odur ki, ərli qadınlarla ünsiyyətdən imtina etməyin. Siz bu görüşdən sonra enerji yığacaqsınız, kişi ilə tanış olmaq istəyi güclənəcək, nəinki tənha qadınların olduğu kluba getmək.
19. Yardım
Kiməsə yardım etməkdən və ya yardım istəməkdən imtina etməyin. "Mən özüm bacararam" inadından imtina etməyi öyrənin, çünki bu, tipik kişi prinsipidir.
20. Kitab mağazalarına gedin
Qəribədir, amma kitabların arasında gəzmək qadını çox ruhlandırır. Heç olmasa həftədə bir neçə saatı bu işə həsr etməyə çalışın. Qadın - bilik ağacıdır. Biliyinizi artıran düzgün kitablar seçin.
21. Kişidən yardım xahiş etmək
İstənilən qayğı bizi daha zərif edir. Eksperiment keçirin və kişidən sizə yardım etməsini xahiş edin. Əhval-ruhiyyəniz 100% yüksələcək!
22. Mütaliə
Çoxdan alıb rəfə qoyduğunuz kitabı oxuyun. İnsanların həyat hekayələri haqqında oxumaq daha faydalıdır. Taleyi öyrənməklə özünü daha yaxşı anlayırsan.
23. Evdə vəzifələri bölüşdürün
Hansısa işi yaxınlarınızdan birinə etibar edin.
24. Kulinariya
Yemək hazırlanması ilə bağlı bütün işlər qadın enerji səviyyəsini xeyli yüksəldir. Qadın ailəsini bəsləyən sahibədir. Bilmirsinizsə, hazırlamağı öyrənin. Bacarırsınızsa, öz məharətlərinizi artırın, hansısa ölkənin mətbəxini öyrənin. Məhəbbətlə hazırlayın, axı bu, sevgi magiyasıdır.
25. Ev sadəcə yaşadığımız mənzil deyil
Qadının evi ilə güclü enerji əlaqəsi var. Ona görə də cırıldayan qapı və ya xarab olmuş kran bizi belə qıcıqlandırır. Qadın üçün bu sadə nöqsan deyil, xarab olmuş hər şey qadın enerjisini udur.
Belə xırda problemlərə görə bəzən kişini narahat etməmək vacibdir. Niyə? Kişi geniş miqyasda düşünür: "Hamamda bütün kafel sökülməlidir, onda yenisini vurmaq lazım olacaq. Divarları ildə neçə dəfə yeniləmək olar”.
Bəzən xırda işləri təmir etmək üçün usta çağırmaq daha asandır. Yalnız ərinizə deməyi unutmayın ki, bunu onun çox məşğul olduğunu başa düşdüyünüz üçün etmisiniz. Kişinin öz-özünə qiymət vermə duyğusu çox zəifdir.
26. Planlaşdırma
Hər bir yarımçıq iş və şübhə qadını məhvə sürükləyir. Dəqiq plan öz enerjini saxlamaq üçün bir vasitədir. Əvvəlcə xırda işləri, daha sonra aylıq və illik planınızı qurun.
27. Şam işığında təntənəli nahar və ya ləziz şam yeməyi
Sən demə, bütün bunları sevdiyimiz kişinin tonusunu qaldırmaq üçün etsək də, əslində daha çox özümüz üçün görürük. Bu ecazkar anları həyata keçirin. Özünüzü və yaxınlarınızı sevindirin.
28. Uşaqların təlim-tərbiyəsi
Uşaqlarla ünsiyyət quraraq qadın öz enerji səviyyəsini qaldıra bilər. Bu səbəbdən uşaqlarla oyundan imtina etmək lazım deyil. Daha yaxşısı isə öz bacarıqlarınızı uşaqlara öyrədin: Rəsm, nəğmə, rəqs.
29. Aktyor sənəti dərsləri
Qadın dünyada emosiyalarla yaşayır. Səhnədə müxtəlif rollar ifa etmək qadına kömək edir ki, özünü daha yaxşı anlasın. Bununla yığılmış aqresiyyadan xilas ola bilər, yaxud da sadəcə sevincini bölüşər.
30. Təbiətdə seyr
Mütləq dostların iştirakı ilə piknikə çıxın. Qadının enerji səviyyəsini artıran bir neçə nüans burada birləşir: Birlik, təbiət, biş-düş.
31. Özünə qulluq və makiyaj
Bu, sadəcə kişinin xoşuna gəlmək yolu deyil, ilk növbədə özünü sevindirmək yoludur. Odur ki, evdə də səliqəli saçda və yaxşı geyimdə olmaq vacibdir.
32. Özünə gül hədiyyə etmək
Bu, enerji səviyyəsini artırmaq üçün ən sadə üsullardan biridir. Güllər qadını bəzəməklə qalmır, həm də üzərindəki mənfi enerjini dərhal götürürlər. Əgər kədərlisinizsə, başınızı yastığa qoyub ağlamağa tələsməyin, gedib gül dəstəsi alın.
33. Yubka və ya don
Belə geyim seksuallıq enerjisi ilə əlaqəni bərpa edir. Deyirlər ki, əgər kişiyə həqiqətən də güclü təsir göstərmək istəyirsinizsə, ilk yeddi görüşə şalvarda getməyin. Məlum olub ki, daima şalvar geymək qadın orqanlarına mənfi təsir göstərir.
34. Gənc analar klubu
Əgər balaca uşağınız varsa, belə analarla mütləq əlaqə saxlayın. Bu, təkcə təcrübə mübadiləsi deyil, həm də enerji mübadiləsidir. Ay analığı təcəssüm edir, ay enerjisi isə qadını.
35. Uşaqlara qayğı
Ərli rəfiqənizin uşağı ilə oynamaq və ona kömək etməkdən imtina etməyin. Qadın üçün istənilən qayğıkeşlik onun güclənməsinə doğru gedən yoldur. Əsas odur ki, kişi ilə uşaq kimi davranmayın.
36. Yardımsevərlik
Mərhəmət ay enerjisini gücləndirən keyfiyyətdir. Hamıya kömək etmək şərt deyil. Şübhəsiz ki, iki xoş sözlə üzünü güldürə biləcəyiniz insan tapılar. Yaxud da tək yaşayan yaşlı bir qonşuya meyvə alın. Qonağın çayını təzələməkdən imtina etməyin.
37. Ünsiyyət
Qadın üçün başqa insanlarla ünsiyyət qurmadan keçinmək çətindir. Biz söhbətdən enerji alırıq. Yalnız vacibdir ki, söhbətdən əldə etdiyiniz məlumatlar dedi-qodu və sair neqativlə bağlı olmasın.
38. Romantik kino
Rəfiqənizlə haradasa görüşüb birlikdə melodramaya baxın. İstənilən məhəbbət haqqında film qadınlar üçün faydalı məşğuliyyətdir. Amma yaxşı olardı ki, bunu qadın kompaniyasında edəsiniz.
39. Yeni mədəniyyətin öyrənilməsi
Dünyagörüşün və qadın enerjisinin genişlənməsinə imkan verir və qadının sadəcə öz daxili dünyasında qapanıb qalmamasına kömək edir. Onu süni şəkildə boğmaq lazım deyil.
40. Su mənbələri
Dəniz kənarında, çayda və ya göldə istirahət enerji səviyyələrini qaldırmaq üçün əla üsuldur. Su qadın seskuallığının, şəraitə uyğunlaşma və ya harmoniyada yaşama bacarığının əsasıdır. Qədim yunan məbədlərində Afroditanın gənc kahinələrinə üzməyi və su ilə ünsiyyət qurmağı mütləq öyrədirdilər.
41. Fiziki yük
Əgər tükəndiyinizi hiss edirsinizsə, yeni idman növlərinə başlayın. Bu, təkcə yeni növ fitness deyil, sadəcə səhər qaçışı da ola bilər. Rəqslər çox faydalıdır! Xüsusilə sevgili ilə ayrıldıqdan sonra ilfas olmuş gücü yenidən qazanmaq üçün əla üsuldur.
42. Mükafat
Gözəl paltar enerji səviyyələrini qaldırmaq yollarından biridir. Yeri gəlmişkən, bəzənib düzənmək üçün harasa getmək vacib deyil. Ev mühitində gözəl geyimlər geyinin.
43. Köhnə əşyalar
Zibil və hər cür köhnə-kürüş şeylər qadının enerjisini zəiflədir. Əgər həyatın çətin dövründən keçirsinizsə, köhnə əşyalardan xilas olmağın vaxtı yetişib.
44. Sağlam həyat tərzi
Hər halda qeyri-sağlam qidalanma və pis vərdişlərin qadın enerji və gözəlliyinə mənfi təsir etdiyini bilməyən yoxdur. Pis vərdiş dedikdə sadəcə siqaret çəkmək yox, həm də gec yatmaq, böhtan və tənbəllik kimi mənfi xüsusiyyətlə nəzərdə tutulur.
45. Poeziya
Bədii qiraət öz "Məninin" romantik tərəfini açmağa kömək edir. Şeirlər yazmağa utanmayın. Kağıza tökülən sözlər sizi narahatlıqlardan anında xilas edəcək. Gözəl heca gözəl danışmağı və düzgün düşünməyi öyrədir.
46. Quşları, heyvanları yemləmək
Enerji səviyyələrini qaldırmaq üçün çox sadə üsuldur. Pəncərənin altında quşlar üçün dən qoyun. Kanarya alın, bu quş xoşbəxt izdivaca kömək edir.
47. Muzeyi və ya sərgiləri ziyarət edin
Bütün gözəl sənət əsərləri qadını daha gözəl edir.
48. Müəllimlə ünsiyyət
Sevdiyiniz müəllif və şəxsiyyətlərin mühazirəsinə gedin. Kitab bilik verir, bu şübhəsizdir, lakin müəllimlə görüşmək o insandan enerji şarj etmək deməkdir.
49. Gündəlik
Hər gün öz istək, məqsəd və fikirlərinizini yazın. Gündəliyə şəkillər çəkmək və ya sadəcə şəkillər yapışdıra bilərsiniz. Hisslər qiymətlidir! Odur ki, onları yazmaq vacibdir. Bir qadının emosiyaların enerjisini toplaması onu doğru olmayan bir kişi ilə uğursuzluqla nəticələnən münasibət qurmağa sövq edə bilər.
50. Gözəl şəkil albomu
Ona ən yaxşı fotolarınızı yerləşdirib özünüzə heyran olmaqdan utanmayın. Unutmayın ki, siz həmişə gözəlsiniz!
51. Arzular siyahısı
Özünüz üçün arzular siyahısı tutub: Əslində nə istəyirsiniz, xüsusilə münasibətlərindən. “Mən bacararam” ifadəsini unudun. Bu, kişilərə xasdır. Məsələn, kişi xoşuna gələn qadın görəndə “Onu ovsunlaya bilərəm”, “Onunla evlənə bilərəm” kimi sözlər deyir. Əgər qadın “Mən edərəm və mən bacararam” tərzində düşünməyə başlasa, o, “kişiyə çevrilir”. Bunu qadına xas "Mən yaxşı görünmək istəyirəm. Mən onun xoşuna gəlmək istəyirəm. Mən ərə getmək istəyirəm" fikirləri ilə müqayisə edin.
52. Mehriban söhbət
Aqressiya və təzyiq olmadan ünsiyyət qurun. Qadın enerjisi onlara deyilən bir neçə incə sözdən çiçəklənir. Kobud sözlər, söyüşlər qadın enerjisini heçə endirir.
53. İtaət
Mübahisələr, yarışlar və digər bu kimi davranışlar enerji səviyyəsini aşağı salır. İncə və yumşaq olmağa çalışın. Bu səbəbdən qadının kişini qazanmağa çalışması onu çox zəiflədəcək. Və kişi təşəbbüskar qadını istəmir, çünki o, öz davranışı ilə ona özünü xatırladır.
54. Seksual münasibətlərdə seçicilik
Əgər qadın bir neçə kişi ilə cinsi əlaqədə olubsa, o, viran olmağa məhkumdur. Seksual münasibətlərə yalnız sevdiyiniz insanla daxil olun. Ərinizə olan sədaqəti qoruyun. İlk tanışlıqdan sonra seksə razı olmayın. Kişini həyıcanlandırmaq üçün çox böyük enerji sərf etmək lazımdır. Vedalar hesab edir ki, bədənlər bir-birinə nə qədər tez qovuşarsa, qəlblər bir-birindən bir o qədər uzaq düşər. Yadınızda saxlayın ki, ehtiras bədənləri qısa müddətdə birləşdirərsə, qəlblər qovuşa bilməz. Bunun üçün ruha bədəl ödətməlisiniz. İlk növbədə bir-birinizi daha yaxından tanımağa çalışmasınız. Cinsi əlaqələr yaşamağa tələsməyin ki, bir-birinizə qarşı olan hissləri itirməyəsiniz.
55. Təmizlik
Evinizi, ağlınızı və bədəninizi həmişə təmiz saxlayın. Vaxtlı-vaxtında evi yığışdırın. Keçmişin neqativ xatirələrini özünüzdə saxlamayın. Enerjini çoxaltmağın ən sadə üsulu duş qəbul etməkdir. Təmizlik insana qeyri-adi güc verir.
56. Özünüzü sevin
Ən mühüm aspektlərindən biridir. Qəlbi sevgi ilə dolmayan qadın enerji cəhətdən zəifdir, bu zaman o, kişiyə heç nə verə bilməz. Bundan da pisi, o, enerji vampirinə çevrilə bilər. “Dır-dırı” ilə kişinin baş-beynini aparan qadın ərinin maliyyə iflasını sürətləndirir, nəticədə onu xəstəliyə doğru aparır. Öz sevgi quyunuzu doldurmaq üçün istənilən texnikadan istifadə edin. Qadın sevgi ötürəndir. O sevgi ilə DOLU olmalıdır.
57. Dekorativ-tətbiqi sənət
Toxuma, tikmə, işləmə: öz əllərinizlə yaratdığınız hər şey qadın enerji səviyyəsini qaldırır.
58. Özünüzə və digər qadınlara komplimentlər deyin
Xoş söz bizi daha güclü edir. Əgər digər qadınlara tərif deyə bilmirsinizsə, bu məsələni həll edin. Qadınlara qarşı dözümsüzlük ana, qayınana, baldız, bacı və ya qızınız ilə münasibətlərdə çətinliklər yarada bilər.
59. Hisslərinizi istənilən vaxt istənilən formada ifadə edin
Sevdiklərinizi qucaqlayıb öpün. Dünyaya, insanlara, əşyalara sevgi sözləri deyin: Kölgəyə, günəşə, bahara, ağaclara,yağışa və hətta öz kədərinizə çünki o - sizin müəlliminizdir. İstənilən mübarizə qadını məhv edir.
60. Gül dəstəsi düzəldin
Gül-çiçəklə oynamaq qadına yeni güc verən yeniləşmə və inkişafdır.
61. Düzgün qidalanma
Ən az emala məruz qalan məhsulları istifadə edin və təbiətə yaxın olun. Ağacdan alma dərib yeməklə, hamburgeri müqayisə edin. Hisslər kəskin şəkildə fərqlənir.
62. Sığal
Sığal qadına özünü tanımağa və anlamağa kömək edir.
63. Özünüzlə ilə baş-başa qalın
Tamamilə tək-tənha qaldığınız məqamlardan qorxmayın. Yalnız tənhalığa görə ərə "qaçmayın". Bu vaxtı özünü inkişafla məşğul olmaq üçün istifadə edin. Təbiət qadının yalnız özünü düşünmək üçün aylıq müddət (menstruasiya) qoyub.
64. Yumşaq oyuncaq
Bu günə qədər yumşaq ayı ilə yatdığınız üçün özünüzdən utanmayın. Qadına tək yatmaq zərərlidir, oyuncaq ona isti duyğu bəxş edir. Əgər siz diqqət və sevgi çatışmazlığı hiss edirsinizsə, özünüzə oyuncaq alın.
65. Ay enerjisi ilə işləməyi öyrənin
Küçədə ay işığında dayanıb aydın şüaları qəbul edin. Qadın xəstəliklərində kömək üçün aya müraciət edin.
66. Səbəbsiz açıqca
Kiməsə qarşı diqqət əlaməti göstərməklə öz əhval-ruhiyyənizi yüksəldirsiniz. Xatırlayırıq: Qadın verən tərəfdir. O, öz enerji sevgisini yayaraq doldurur.
67. Xeyriyyəçilik
Bu, qadın enerjisinin təmiz ifadəsidir. Əgər siz bir insana kömək edə bilərsinizsə, bunu edin.
68. Saç rəngini dəyişdirin
Əgər şəxsi həyatınıza dərin sükut çökübsə, stilistə gedin.
69. Ətirlər
Sizdən həmişə xoş ətirin aurası gəlməlidir. Qadın çiçəkdir. Yeni ətir seçimi qadın enerjisini gücləndirir.
70. Şərəf və ləyaqət
Öz unikallığınıza əmin olun. İcazə verməyin ki, kimsə şərəf və ləyaqətinizi alçatlsın. Vedalara görə, qadın Tanrının yarada bildiyi ən gözəl varlıqdır. Siz çox gözəlsiniz! Siz heyranedicisiniz! Siz Qadınsınız!
Aytən Məftun
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi