Qadın
Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisanın arxiv FOTOLARI YAYILDI: Bu günə qədər...
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə haqqında çıxan “estetik gözəli” xəbərlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, arxiv fotolarını İnstaqramda paylaşan ulduz özünü hər halı ilə gözəl hesab etdiyini deyib:
"Şəkillərimin altına nadir hallarda ciddi bir şey yazıram, amma bu axşam içimdən gəldi, bir neçə ciddi söz deyəcəyəm. Bunlar telefonda tapdığım ən köhnə şəkillərimdir. 10 il əvvələ aiddir. “Təkamül” xəbərlərinə cavab olaraq onu demək istəyirəm ki, gənc, sağlam, işini layiqincə yerinə yetirən bir qadın kimi özümü hər halımla gözəl hesab edirəm. Kök, yoxsul, makiyajlı və makiyajsız, səhər gözlərinin altı şişmiş, ya da ağlamaqdan gözlərim qızarmış... Heç fərq etmir. Bu günə qədər çox gözəl, ya da çox çirkin görünmək lazım gələn saysız-hesabsız rol oynadım. Yeri gəldi o qədər gözəl çirkinləşdim ki, məni bunun üçün təltif etdilər. Həm də dəfələrlə. Əlbəttə, bu gördüyünüz xəbərlərin oxunması üçün maraqlı hala gətirmək lazımdır və mənim buna zərrə qədər etirazım yoxdur. Sadəcə, yaşayan, nəfəs alan, bəzən xəstələnən, bəzən yorğun düşən, amma nə olursa-olsun mübarizə aparan uğurlu bir qadın kimi özümü hər halımla qəbul ədib sevdiyimi açıqlamaq istəyirəm. Və bu davranışın mənə təmas edən bütün qadınlara sirayət etməsini arzulayıram. Heç bir şeyin sizə özünüzü "daha az" hiss etməsinə icazə verməyin. Siz hər şeyin daha çoxuna layiqsiniz".
-
İqtisadi gündəm25 İyun 23:12Azərbaycanla Türkiyə arasında daha bir dəhliz yaradıla bilər
-
Magazin125 İyun 22:48Mətanət 4 aya görün neçə kiloqram arıqladı
-
İdman25 İyun 22:12Daha bir DÇ matçı ləğv edilə bilər
-
İdman25 İyun 21:24Azərbaycanda ilk - DÇ oyunlarını xanımlar şərh edəcək
-
Dünya25 İyun 20:36DƏHŞƏTLİ QƏTL: Qız gizli sevgilisi ilə əlbir olub nişanlısını...
-
Sosial25 İyun 20:12Leyla Əliyeva onun ifasında yeni mahnının təqdimatına qatıldı - VİDEO
-
Pul25 İyun 20:00Dollar yenidən bahalaşdı
-
Hadisə25 İyun 19:00Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...







































