Qadın
49 yaşlı qadınlar Cennifer Lopesin çılpaq görüntüsünü TƏKRAR ETDİ - Maraqlı FOTOLAR
Oktyabrın sonunda 49 yaşlı pop-diva Cennifer lopas “Instyle” jurnalının dekabr nömrəsi üçün çox açıq geyimlərdə şəkillər çəkdirərək ideal bədən quruluşunu nümayiş etdirmişdi. Müğənninin yaşından cavan qalmasının sirri çoxlarını düşündürür. Lakin unutmaq olmaz ki, o, bir ulduzdur və onun üzərində böyük bir komanda çalışır. Ceylo kosmetoloq və məşqçi ordusu sayəsində gözəlliyini illərdir qoruya bilib.
Publika.az xəbər verir ki, müğənniyə pərəstiş edən dörd cəsarətli və özünə çox inamlı 49 yaşlı qadınlar onu təkrarlamaq qərarına gəlib.
Londondan olan Devid Kler adlı qadın bədəni ilə bağlı bunları deyib:

"Mən irəliyə doğru böyük addım atdım, 2016-ci ildə arıqlamaq üçün əməliyyat keçirdim. Əvvəllər 62 ölçü geyinirdim, indi isə 50. Amma yenə də çəki atmaq istəyirəm, dərim sallansa da, bədənimin xoşuma gələn digər hisslərinə diqqətini cəmləməyə çalışıram".
Müəllimə Yumiko Xanaska deyir ki, o, Cey Lo kimi görünmək istəyib:

"Bədənim illər keçdikcə dəyişib. 20 yaşım olanda qamətli qalmaq üçün heç nə etmədim. Mən indi at belində gəzirəm və yoqayla məşğul oluram ki, özümü formada saxlaya bilim. Bədənimin ən sevimli hissəsi ayaqlarımdır, çünki ən az onlar dəyişib. Daha çox qarnım, qollarım və çiyinlərim dəyişib. İstəyirəm ki, ombalarım Cey Lodakı kimi olsun. Amma bu nəticəni almaq üçün gündə ən az milyon dəfə squat hərəkətini yerinə yetirməliyəm”.
Culiana Formikola da müəllim işləyir. Qadın deyir ki, indi özünü daha yaxşı və inamlı hiss edir, nəinki 20 yaşında:

"Cey Lo qocalmır, o, əla görünür, özünə qulluq edir. Bir neçə il bundan əvvəl belimdə cərrahiyyə əməliyyatı keçirdim və bu, mənim əhvalımı pozur, çünki fiziki cəhətdən əvvəlki kimi fəal ola bilmərəm. Amma skvoş oynayıram və həftədə altı dəfə məşq edirəm. Bədənimdə ən sevimli hissə ayaqlardır, qarnım isə sevilməyən hissədir, çünki artıq kiloqramlar məhz yığılır. Ombam əlbəttə ki, Cey Lodakı kimi deyil, amma daimi velosiped yürüşləri sayəsində o tonusda qalıb”.
Sara Folo Eddo isə deyir ki, Ceylo qadınlara göstərdi ki, öz bədənini gizlətmək lazım deyil:

“Çünki tezliklə 50 yaşınız tamam olacaq və bədən formasını itirməyə başlayacaq. Cey Lo üslubunda çəkilmək mənim üçün bir çağırış oldu. Əgər Cennifer bunu bacarıbsa, onda mən niyə edə bilmirəm? Əczaçılıq şirkətində işləyirəm, bir günlük özümü ulduz kimi hiss etmək xoşuma gəldi. Hesab edirəm ki, seksual olmaq üçün 42 ölçüdə geyinmək şərt deyil”.
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu

















.jpg)



















