Qadın
Qadın bədəni səhv seçilən kişiyə BELƏ REAKSİYA VERİR - 4 VACİB MƏQAM
Sevir, ya sevmir? Bu sualın cavabını tapmaq üçün sadəcə bədən dilini dinləmək lazımdır.
Bədənimiz müxtəlif işarələr ötürərək bizə özümüz haqqında müəyyən mesajlar verir. Ancaq bir çox insan xroniki stress və xaos içində yaşadığından bədəninin səsini eşitmir və onun nə demək istədiyini anlamır.
Publika.az xəbər verir ki, hər bir insanın 3 zərif bədən tipi var: mental, emosional və fiziki. Amma çoxumuz yalnız fiziki təzahürlərə diqqət yetiririk.
Bədən bizə nə lazım olduğunu bilən ən yaxşı dostumuzdur. Əsas odur ki, onun göndərdiyi siqnalları düzgün anlaya biləsiniz.
Bəs bədənin bizə ötürdüyü mesajlar hansı mənaları ifadə edir? Bu yazıda oxucuları səhv insanla münasibət quran qadın bədəninin göstərdiyi reaksiyalarla tanış etmişik:
1. Tək qalanda gülümsəyir
Düzgün insanla münasibətdə olan qadın özü ilə tək qalan zaman heç bir səbəb olmadan gülümsəyir. Qadının səhv insanla münasibət qurduğunu göstərən əsas əlamətlərdən biri də odur ki, o, təklikdə özünü gülümsəməyə məcbur edə bilmir. O, xoşbəxt olması barədə başqalarına yalan danışa bilər, bəs özünü niyə aldatsın? Əgər o insan haqqında düşünərkən üzünüzdə qeyri-ixtiyarı olaraq təbəssüm yaranmırsa, bu, səhv yola çıxdığınızı göstərən başlıca əlamətdir.
2. Özünə dəyərin aşağı olması
Sevən kişi qadını sadəcə xoşbəxt etməklə kifayətlənmir, həm də özünə dəyər hissini artırır. Əgər qadın daim özünü dəyərsiz hiss edirsə, bu əlamət bir daha təsdiq edir ki, qadın ona uyğun olmayan kişi ilə görüşür. Bədənimiz bizim üçün yalnız ən yaxşısını istəyir, odur ki, xəbərdarlıq etmək üçün siqnallar göndərir. Sadəcə varlığı ilə deyil, sevgisiylə sizi qoruya və qucaqlaya bilməyən kişilərdən uzaq durun.
3. Emosional tükənmə
Bir kişi bir qadınla xoş və düzgün rəftar edirsə, sonuncu özünü bir qayda olaraq enerji dolu və daha gümrah hiss edir. Münasibətlərdə harmoniya yoxdursa, qadın həm emosional, həm ruhən, həm də fiziki baxımdan tükənməyə başlayır. Bu isə hətta ağır xəstəliklərlə nəticələnə bilər.
4. O açıqca inkar edir
Məlumdur ki, qadın münasibətləri daim analiz edir. Əgər münasibətlər həqiqətən yaxşıdırsa, qadını özünü aldatmır və inandırmır ki, hər şey yaxşıdır. Əgər siz daim özünüz üçün "haqlı" səbəblər tapırsınızsa, bu, o deməkdir ki, bədən sadəcə qaçmaq istəyir. Bəzən bədən baş verənləri ağıldan əvvəl oxuya bilir. Yadda saxlayın ki, sağlam münasibətlərdə qadının ağlı ilə bədəni və ruhu bir-biriylə uzlaşır. Odur ki, bədən dilini dinləyin, bəlkə o sizə nə isə demək istəyir...
Aytən
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu

















.jpg)



















