Kişiyə yuxuda olarkən bu sözləri desəniz... - Qadınların İNANILMAZ ENERJİSİ
Bizi izləyin

Qadın

Kişiyə yuxuda olarkən bu sözləri desəniz... - Qadınların İNANILMAZ ENERJİSİ

Qadınlar zərif və fövqəladə varlıq hesab edilməsinə baxmayaraq, onların nitqi güclü bir enerjiyə malikdir. Onun köməyi ilə zərif cinsin nümayəndələri əmin-amanlığı, xoşbəxtliyi cəlb edə və ailədə harmoniyanı bərpa edə bilər.

Nitq insanın ən güclü silahıdır. Düzgün nitq insanın ağlını istifadə etmək sənətidir. Qadın səsinin energetikası həmişə bizimlədir, sadəcə onun haqqında tez-tez unudur və ondan istifadə etmirlər. Söhbət manipulyasiyadan getmir! Qətiyyən! Mülayim, yumşaq və cəlbedici qadın nitqi təbiətin bir lütfüdür. Hələ qədim dövrlərdən qadınlar sözlərin təsiri ilə müalicə edə, kişini ruhlandıra, xeyri-dua verə və ya lənətləməyi bacarırdı.

Müəyyən sözlər və frazaların köməyi ilə özümüzü müxtəlif çətinliklərdən qoruya və ya başqa bir insana zərər verə bilərik. Lakin neqativ yüklü kobud sözlərlə, sadəcə bir insanın qəbilini incitməklə qalmır, həm də öz karmanızı məhv edirsiniz. Odur ki, nitqinizdə mümkün qədər pozitiv sözlərdən istifadə etməyi öyrənməlisiniz. Əlbəttə, sözün sehrindən xoş niyyətlər üçün istifadə etmək daha yaxşıdır. Məsələn, pul və sevgi cəlb edən sözlərdən daha çox istifadə edin. Yadda saxlayın ki, qadının sözləri xüsusi bir gücə malikdir və onlar adətən sözlərinin enerjisini ailədə harmoniyanın bərpa edilməsinə yönəldir.

Publika.az bu yazıda oxucuları sözlərin sehrli gücü ilə tanış edib.

Qadın nitqinin enerjisi yumşaq və harmonikdir, adi sözlərin köməyi ilə hər hansı bir qadın ailəsinə sevgi və rifahı cəlb edə bilər. Bu, onunla bağlıdır ki, Kainat qadın nitqini sərt kişi nitqindən daha yaxşı qəbul edir. Ancaq istədiyini əldə etmək üçün zərif cinsin nümayəndələri müəyyən sözləri və ifadələri hər gün tələffüz etmək məcburiyyətindədir.

Ailədə harmoniyanı bərpa etmək üçün sözlər

Qadın ocağın qoruyucusudur. Hər qayğıkeş qadın və ana üçün vacibdir ki, onun doğmaları bir-birlərinə sevgi və hörmətlə yanaşsın. Ailə həyatında harmoniyanın bərpası üçün bir qadın günə aşağıdakı sözləri söyləyərək başlamalıdır.

Ailəmdə razılıq hökm sürür;

Qohumlarım bir-biri ilə uyğunlaşır;

Ailəmdə harmoniyanı qoruyub saxlayıram;

Ailəm xoşbəxtdir və mən hər şeyi etməyə hazıram ki, onların hər günü sevinclə dolu olsun;

Ailəmizdə hər kəs bir-birini sevir və dəstəkləyir.

Bu ifadələri dəyişə və ya özünüzdən yenisini qura bilərsiniz. Ahəngdar qadın energetikası evin energetika sahəsinə müsbət təsir edəcək. Odur ki, qohumlar arasında münaqişələr və fikir ayrılıqları daha nadir hallarda baş verəcək.

Sevgi cəlb etmək üçün ifadələr

Evli cütlüklər tez-tez mübahisə etməyə başlayanda, bir-birlərinə olan duyğuları azalmağa başlayır. Sevgi əlaqələrinə qayıtmaq üçün qadın gündəlik olaraq bu sözləri söyləməlidir:

Sevgilimin duyğuları güclü və möhkəmdir;

Mənimlə sevgilim arasındakı ehtiras və məhəbbət hər gün çiçəklənir;

Sevgilim mənə hər zaman böyük məhəbbətlə yanaşır;

Sevgi münasibətlərdə ən vacib şeydir;

Mən və sevgilim birlikdə sonsuza qədər xoşbəxtik;

Həyat yoldaşımla münasibətimiz möhkəm və güclüdür.

Bu sözlər qadına kömək edir ki, əri ilə aralarındakı münasibətləri və sevgi hissini möhkəmlətsin. Bu sözləri kişi yatanda səsləndirmək daha məqsədəuyğundur, çünki bu anda onun energetikası sizin təsirinizə daha çox meyillidir. Nəticədə tezliklə onun sədaqət hisləri artacaq.

Firavanlıq və var-dövlət cəlb edilməsi üçün frazalar

Pul üstündə münaqişələr müasir dünyada ən yayılmış hadisələrdən biridir. Pul problemlərinin ailədə heç vaxt söz-söhbət yaratmaması üçün zərif cinsin nümayəndələri bu frazaları deməklə evə firavanlıq cəlb edə bilər.

Ailəmiz yoxsulluqdan qurtulacaq və xoşbəxt olacaq;

Evə sərvət və rifah cəlb edirəm;

Mən ən güclü pul maqnitiyəm;

Maliyyə uğurları həmişə bizimlədir;

Sevdiklərim hər gün pul əldə edir.

Bəli, yumşaq qadın enerjisi maliyyə uğurunu da evə cəlb edə bilər. Bu sadə ifadələr maliyyə çətinliklərindən xilas olmaq və maliyyə sabitliyini bərpa etmək üçün ən yaxşı yoldur.

Hər gün müvəffəqiyyətli olmaq üçün hər hansı bir maneəni aşmağa kömək edəcək frazaları gündəlik tələffüz etmək lazımdır. Onların köməyi ilə siz hətta ən çətin günlərdə belə pozitiv əhval-ruhiyyə yarada bilərsiniz. Sizə ailə münasibətlərində sevgi və tərəqqi arzulayırıq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm