Qadın
Hicablı model gözəlliyi ilə dillərə DASTAN OLDU - FOTO
Məşhur müsəlman model Həlimə Aden gözəlliyi ilə dünyaya səs salıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, müsəlman model Həlimə Aden ABŞ-ın məşhur “Sports Illustratede” jurnalı üçün kamera qarşısına keçib. Model 65 illik tarixi olan jurnala burkini (hicablı qadınlar üçün çimərlik paltarı) ilə poza verən ilk müsəlman qadın olub. Bu, həm “Sports Illustrated” jurnalı, həm də müsəlman dünyası üçün yenilikdir. Çəkilişlər modelin bir müddət yaşadığı Keniyada baş tutub.
Həlimə Aden bildirib ki, bu çəkiliş sayəsində Keniyadakı Qaçqın Düşərgəsində keçən uşaqlıq illərinə təkrar qayıdıb: "Keniyanın ən gözəl yerlərində çəkiliş aparmaq üçün buradayam. Bu, sözün əsl mənasında gerçəkləşən bir yuxudur. Hisslərimi ifadə etmək mümkün deyil”.
“Sports Illustrated Swimsuit” redaktoru MJ Dey isə deyib ki, "Gözəlliyin sərhəd tanımadığına inanırıq: "Həliməyə heyranam. UNİSEF-də xoşməramlı səfiri kimi çalışır. Onun ilhamverici bir qadın olduğunu düşünürəm. Zamanımızın ən böyük gözəlliklərindən biridir. Zəkasına, çoşğusuna və enerjisinə heyranam. Həlimə jurnala hicab və burkinisiylə poza verən ilk müsəlman model oldu" , - deyə etiraf edib.
21 yaşlı Həlimə hicab bağlamasına baxmayaraq, son bir neçə ildə ABŞ-da ən çox tələb olan modellərdən biridir.
Aytən Məftun
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















