Qadın
“Gözəlçə” filminin ulduzundan İNANILMAZ SÖZLƏR: “Təsəvvür edə bilməzsiniz ki...”
Dünyaca məşhur Hollivud aktrisası Culiya Roberts hesab edir ki, qadın ilk növbədə qəlb vəziyyətinin qeydinə qalmalıdır, makiyaj, saç və digər zahiri məsələlər ikinci dərəcəli rol oynayır. O, sensasiyalı açıqlamasında sadəcə xahiş etmir, bütün qadınlara yalvarır ki, aktiv həyat tərzi sürsün. Aktrisanın sözlərinə görə, qadınların öz təbiətinə qarşı çıxmağa və ona ziyan vurmağa heç bir haqqı yoxdur.
Publika.az oxucuları "Gözəlçə" filmi ilə böyük şöhrət qazanan Culiya Robertsin qadınlara ünvanladığı məktubu ilə tanış edir:

“Mükəmməllik bir çox millətin məruz qaldığı xəstəlikdir. Bir ton makiyaj çəkir, mütəmadi olaraq üzümüzə bir şey yapışdırır və ya ideal bədən formalarını qorumaq üçün özümüzü aclıqla üzürük. Həmişə ehtiyacımız olmayan şeyləri düzəltmək istəyirik. Halbuki, ilk növbədə qayğısına qalmalı olduğumuz məsələ diqqətdən kənar qalır. Bilirsiniz o, nədir? Ruhun vəziyyəti. Məhz o daha geniş baxım və qayğıya ehtiyac duyur. Odur ki, bununla məşğul olmaq zamanı yetişdi.
Bəsit bir misalla izah edim: Özünü sevmirsənsə, başqasının səni sevməsi üçün necə gözləyə bilirsən. Görünüşünüzü dəyişdirməklə özünüzdən razı qaldığınızı deyə bilərsiniz? Cavab sadədir: Xeyr. İçəridə bir boşluq varsa, dünyaya necə baxmağın heç bir əhəmiyyəti olmadığını anlamasınız.
Bu gün elan edirəm: Artıq makiyaj çəkməyəcəm, başqasının üzünü geymək istəmirəm. Maskaları çıxartmağın vaxtı gəldi. Qırışlarım olduğunu bilirəm, amma onları görmək istəyirəm. Nəticədə bu, həqiqi mənəm. Və məni olduğu kimi qəbul etmək istəyirəm. Bu gün hər kəs başını itirib və zahiri görkəmdə ilişib qalıb.

Təsəvvür edə bilməzsiniz ki, əslində uzadılması mümkün olmayını başınıza soxan və sizi buna maliyyə yatırmağa inandıran kosmetologiya və kosmetoloji şirkətlər nə qədər qazanır. Həqiqətən hesab edirsiniz ki, ağrılı prosedurlar sizi daha gənc edir? 21-ci əsrin gözəlllik prinsiplərini açıq şəkildə anormal adlandırmaq olar. Bu, gözəllik steroidləri bir virus kimi dünyaya yayılıb. Bu, qorxuncdur!
Bu süni qaydaların dünyanı idarə etdiyini və xarici görünüşümüzü illüziyaların əsarətində saxladığını nə zaman anlayacaqsınız? Biz sadəcə olaraq öz təbiliyimizdən zövq ala bilmərik, modern cəmiyyətin bizə sırıdığı gözəllik etalonlarını təqib etmək məcburiyyətindəyik...

Bilirsiniz nə var: Bezdim. Odur ki, özümə “Dur” deməyi seçirəm.
Həyatda kim olduğunuzu və ondan həqiqətən nə istədiyinizi xatırlayın. Heç kim və heç vaxt gözəllik meyarlarına 100 faiz cavab verə bilməyəcək. Xarici görünüş şarı başqalarında axtarmalı olduğunuz ən sonuncu meyar olmalıdır. Yalnız ruh vəziyyətimiz vacibdir, onu əbədi xatırlayın”.

Aytən Məftun
-
Cənubi Qafqaz14:50Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
-
Sosial13:25Prezidentin qızı və gəlini tamaşada - FOTOLAR
-
ABŞ12:53Maskdan şok etiraf: “X”-ni transgender qızına görə alıb, ABŞ-ı Harrisdən "xilas edib”
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
















.jpg)
.jpg)












.webp)









