Qadın
Çin imperatoru hərəmxanın ən gözəl qızını niyə hunlara vermişdi? – FOTO
Çində bu qızla bağlı bir çox əfsanə və hekayə var. Ancaq onların hamısında Van Çjao Çzyun ən gözəl qadınlardan biri olaraq tarixə düşüb. Düzdür, əvvəlcə heç kim belə düşünmürdü.
Publika.az xəbər verir ki, hələ eramızdan əvvəl, Çin imperatoru öz hərəmxanasında kənizlər saxlayırdı. Bildiyiniz kimi, bütün qızlar gözəl və təhsilli olmalı idilər. Hər kəs hərəmə qəbul edilmirdi.
Atası və anası qızları Van Çjao Çzyuna yaxşı təhsil verə bilmişdi. Valideynlər qızlarının çox gözəl olduğunu görürdülər, odur ki, onu hərəmxananın kəniz seçimlərində iştirak etməsinə razı olmuşdular. O, digər qızlarla birlikdə kəniz seçilərək imperatorun hərəmxanasına gətirilmişdi. Amma sarayın öz qanunları var idi. İmperatora qızın üzünü görmək olmazdı. Ona kənizlərin portretləri göstəriləndə, o, gecəni birlikdə keçirmək üçün başqa bir qızı seçmişdi.
Əslində bu portretləri çəkən rəssam acgöz bir insan idi və pulu çox sevirdi. Kənizlər rəsmdə olduğundan daha gözəl düşmək üçün rəssama rüşvət vermişdilər. Lakin qürurlu və vicdanlı Van Çjao Çzyun bunu etməmişdi. Vicdansızlıq etmək istəməyən qız rəssama rüşvət təklif etməmişdi. Rəssam da öz növbəsində imperatorun heç zaman seçməyəcəyi və cəlbedici olmayan bir portret çəkmişdi.
O ərəfədə imperator Hunlarla sülh müqaviləsi bağlamışdı. Sülh müqaviləsini əməldə dəstəkləmək üçün Hun başçılarından birinin Çin kənizlərindən biri ilə evlənməsi lazım idi. İmperator hərəmxanada saxladığı gözəl kənizlərindən ayrılmaq istəmirdi. Buna görə də portretdə cəlbedici olmayan birini vermək qərarına gəlir. “Qurbanın” Van Çjao Çzyun olduğunu təxmin etmək çətin deyil.
Qız üzünü açanda imperator təəccüblə yerində donub qalmışdı. Qız onu həm gözəlliyi, həm də iti ağlı ilə ilk baxışdan tilsimləmişdi. İmperator belə bir kənizi düşmənə hədiyyə vermək istəmədi, amma artıq söz verilmişdi. Vana şahzadə adı verildi və o, Hunlarla birlikdə yola düşdü.
Beləliklə, Van xanın həyat yoldaşı olur. Zəkası və yaxşı təhsili sayəsində o, xanın ilk məsləhətçi olmuşdu. Ağsaqqallar məclisini toplamaq əvəzinə xan arvadı ilə məsləhətləşir və yalnız bundan sonra qərarlar verərdi.
İllər keçdi, xan öldü. Van vətəninə qayıtmaq istədi, hətta imperatora bu barədə yazılı şəkildə xahiş məktubu ünvanlamışdı. Ancaq ona rədd cavabı verildi. İmperator razı olmur, hesab edirdi ki, Van Hunlarla Çin arasındakı sülhün bir növ zəmanətidir.
Daha sonra xanın böyük oğlu Vanla evlənir. Onların iki qızı dünyaya gəlir. İllər sonra qızlardan biri Çin imperatoruna ərə gedir. Vana gəlincə, o, ömrü boyu hunlarla birlikdə yaşamağa davam edir.
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi
-
Kriminal23 Sentyabr 21:13Azərbaycanda dəhşət: nənə yeni doğulan nəvəsini boğaraq öldürdü
-
Hadisə23 Sentyabr 20:12"Niva" kanala aşdı: 5 nəfər xəsarət aldı
-
Nəqliyyat23 Sentyabr 18:20Bakıda axşam tıxacı: 26 yol keçilməz oldu - Siyahı
-
Rəsmi xronika23 Sentyabr 16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial23 Sentyabr 14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə23 Sentyabr 13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO














.jpg)
























