Qadın
Nigar Camal sevdiyi kişilərdən danışdı (FOTO)
![]()
Müəllif
Zamir Ağazadə
Baxılıb
538
Kateqoriya
Şou-biznes
2011-ci "Eurivision" mahnı müsabiqəsində Azərbaycana birincilik
gətirən (Eldar Qasımovla birlikdə) müğənni Nigar Camal (Nikki)
Türkiyənin mətbuatına müsahibə verib.
ANS PRESS-in məlumatına görə, Türkiyənin "Posta" qəzetinə maraqlı
açıqlamalar verən Nikki qardaş ölkədə "X Factor - Ulduz işığı"
müsabiqəsinin jüri üzvü kimi özünü sevdirməyə başlayır.
“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal
müsahibəsində "Eurivision"-da qalib olduqdan sonra həyatında baş
verən dəyişikliklərdən və ən əsas da şəxsi həyatından söz açıb.
"Həyatımda eşq, məhəbbət yoxdur. Belə işlərim çox gözəldir. Eşq
olanda işlər çətinləşir. Mənim eşqim - qızlarım, anam-atam, və yeni
layihələrimdir." - deyə müğənni eşqlə bağlı fikirlərini
bildirib.
Qısqanc olsa belə bunu üzə vurmamağa çalışdığını söyləyən Nikki
qısqanılmağı da xoşlamadığını qeyd edib.
Müğənni hərəkətli, zarafat edən, danışmağı sevən, gülərüzlü,
pozitiv olan və zəhlə tökməməyə çalışan kişiləri sevdiyini
vurğulayıb. Türk kişilərini isə dünyanın ən yaraşıqlı kişiləri
olaraq göstərib: "İtaliyaya getmişdim, oradakı kişilər də
yaraşıqlıdırlar amma müsəlman deyillər. Mədəniyyətləri fərqlidir.
İtalyan kişilərdənsə, türk kişilərini seçərəm."
Nikki ailə münasibətlərinə də aydınlıq gətirib. Biri 7, digəri isə
8 yaşında - iki qızı olan Nikki boşandığını, lakin keçmiş əri ilə
münasibətlərini dost kimi davam etdirdiklərini bildirib.




-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










