Qadın
Əfqan qadınları niyə qara yox, mavi hicab geyinir?
Ərəb ölkələrində qadınların qara paltar geyinməsinə çoxdan öyrəşmişik. Hicab, niqab və ya burqa.
Ancaq bir istisna var - Əfqanıstan. Bu ölkədə qadınlar sadəcə mavi burqa geyinirlər.
Publika.az xarici mətbuata istinadən oxucuları əfqan qadınların mavi burqaya üstünlük verməsinin səbəbləri ilə tanış edir. Mavi burqaya üstünlük verən qadınları yalnız Əfqanıstanda deyil, Pakistan, Hindistan və İranda da görmək olar. Lakin nadir hallarda.
Əslində bu rəng coğrafi məna kəsb edir. Qadınlar Kabildə mavi, Əfqanıstanın şimalında ağ, cənubunda isə yaşıl rəngli paltar geyinirdilər. Lakin tədricən mavi digər rəngləri əvəz etməyə başladı.
Ümumiyyətlə, mavi İslam ənənələri ilə çox bağlıdır. Quranda yaşıl müqəddəs rəng hesab olunur, mavi isə pis gözdən qorunmaq üçün istifadə olunur. Bu səbəbdən dünyada mavi məscidlər çoxdur - Misirdə, İranda, Malayziyada, ən məşhuru Türkiyədəki İstanbul Mavi Məscididir. Mavi rəngin qadınları pis gözlərdən qoruduğuna dair inanclar var.
Bundan əlavə, mavi spektrdə yaşıl rəngə yaxındır, bir az da bununla əlaqəli hesab olunur. Yaşıl yuxarıda deyildiyi kimi, İslamda ilahi rəmzi məna daşıyır. Yəni qadınlar üçün mavi burqa yalnız qorunmaq mənasında deyil, qismən ilahi əhəmiyyət kəsb edir.
Ancaq daha bir səbəbi də var. İslamda qadınların geyimlərini araşdıran tədqiqatçı Ketrin Kartvayt-Conson bu nəticəyə gəlib ki, mavi daha çox xoş təsir bağışlaması ilə məşhurdur və bu səbəbdən də insanlar onu geyimdə istifadə etməyi sevir. Dediyinə görə, parlaq mavi digər mədəniyyətlərdə də istifadə olunur, çünki insanlar üçün xoş olan detallarla əlaqələndirilir - göy, dəniz və s. Ehtimal ki, cəlbedici rəng tonu sayəsində mədəniyyətdə də özünə yer tutub.
Ancaq maraqlıdır ki, Əfqanıstanda qadınların mavi geyim ənənəsi yox ola bilər. Yeni nəsil qadınlar qara hicab və niqablara üstünlük verməyə başlayıb.
-
Dünya12:10“Qiyamət buzlağı”nın dağıdacağı 6 ölkənin adı açıqlandı
-
Dünya11:45Trampla Netanyahu arasında qalmaqal: Lənətə gəlmiş dəli, hamı sənə nifrət edir
-
Köşə11:26"Gələcək" artıq gəlib, bu ölkədədir
-
Nida Xəbər 10:24Fuad Çıraqova səfirlikdə vəzifə verildi
-
MDB09:54Ukrayna hər yeri mühasirəyə alıb: Krımda böhran yaşanır, Rusiya əlacsızdır
-
Magazin208:49Bacısı gənc reperin öldüyünü açıqladı - Həkim səhvi ucbatından...
-
Dünya08:10Kiyevə dəhşətli hücum - Ölən və xəsarət alanlar var
-
Region02:18Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi







































