• USD 1,7000 0,00% EUR 2,0046 -0,37%
    • GBP 2,2216 -0,38% RUB 0,0232 0,00%

Məşhur iş adamının 10 uşaqlı həyat yoldaşı GƏNCLİK SİRRİNİ paylaşdı - FOTO

  • Qadın
  • 12 İyun 2020 16:44
  • 1 703 Baxış
Məşhur iş adamının 10 uşaqlı həyat yoldaşı GƏNCLİK SİRRİNİ paylaşdı - FOTO

Bu gün gənc ailələr dünyaya birdən çox uşaq gətirməyə tərəddüd edir. Halbuki, bir neçə on il əvvəl böyük ailələr hamı üçün norma idi. Bir uşağı olan və ya ümumiyyətlə, uşağı olmayan valideynlər ətrafdakıların qınaqlarına məruz qalırdı. İndiki zamanda çoxuşaqlı ailələr heyranlıq doğurur.

Publika.az bu yazıda oxucuları “Vladikavkaz” rəhbəri, 5 dəfə sərbəst güləş yarışlarının qalibi, iki qat olimpiya çempionu - Maharbek Xadarçevin həyat yoldaşı və 10 uşaq anası - Viktoriya Catiyeva ilə tanış edir.

Viktoriya 2016-cı ildə üçəmləri doğulduqdan sonra “Qəhrəman ana” adına layiq görülüb. Bu cazibədar qadına baxanda onun 6 oğul və 4 qız anası olduğunu təsəvvür etmək çətindir. Qəhrəman ana açıqlamasında bildirib ki, gəncliyində çoxuşaq sahibi olmağı arzulamayıb. “Gəncliyimdə 10 uşaq anası olacağım deyilsəydi, heç inanmazdım. Maksimum üç düşünürdüm” , - o, qeyd edib.

Gənclik sirlərindən danışan Viki sözlərinə belə davam edib:

“25 yaşında göründüyümü eşitmək çox xoşdur. Xüsusilə üçəmlərə hamilə olduğum zaman 100 kq çəkidə olduğumu nəzərə alsaq, belə komplementlər ikiqat xoş təsir bağışlayır. İndi düzgün qidalanmanın nə olduğunu və ona necə əməl etmək lazım olduğunu bilirəm. 20 yaşında artıq çəki atmaq asandır. Yaşa dolduqca daha çox səy tələb olunur. Yadımdadır ki, ərim məni səhər tezdən oyadır və məni idman etməyə məcbur edirdi. Yalvarırdım ki, qoy bir az yatım. Bu gün məni məcbur etmək lazım deyil: düzgün qidalanma, səhər qaçışı və hər həftə üç dəfə idman salonuna getmək mənim üçün artıq adiləşib”.

Viktoriya ictimai bir insan olmasa da və nadir hallarda sosial şəbəkələrdən istifadə etsə də, ona ünvanlanan bəzi şərhlərin onu incitdiyini gizlətməyib: “Zaman-zaman yazır və deyirlər ki, pulum çox olsaydı, ondan daha yaxşı görünərdim. Halbuki, səhərlər durub qaçmaq üçün pul, filan lazlm deyil. Yaxud da squat (çömbəlmə hərəkəti) məgər pulladır? Əlbətdə ki, pul həyatı daha rahat edir, ancaq iradəni əvəz etmir”.

Ailə həqiqətən varlı olsa da, uşaqları ərköyün adlandırmaq olmaz. Hər kəsin evdə öz vəzifələri var və mətbəxdə qablar həmişə növbə ilə yuyulur. Həftə sonları hamısı atalarının nəzarəti altında həyətdə birlikdə iməclik işləri görür. Ailədə bir sıra qaydalar var: 10 yaşına qədər uşaqların mobil telefondan istifadə etmək hüququ yoxdur. Və heç kim yemək masasında telefonla otura bilməz. Ailənin başçısının qaydaları bunlardır.

“Rejimsiz ailələri başa düşmürəm. Hər şeyə vaxt ayırırıq. Məni necə tərbiyə ediblərsə, uşaqları da elə tərbiyə edirəm. Əlbəttə ki, bütün uşaqların ehtiyaclarını ödəmək və onları əzizləmək imkanımız var, əks halda, onlar böyüyüb kim olacaq. Bəzən hər şeyi dəyişdirmək, işə başlamaq arzusu baş qaldırır. Sonra başa düşürəm ki, özümü evdən başqa heç yerdə bu qədər inkişaf etdirə bilməyəcəm” , - Viktoriya deyir.

Onun sözlərinə görə, uşaqlar nə isə istəyə bilər, ancaq istəyinin yerinə yetirilib-yetirilməsinə valideynlərin özləri uşağın davranışına, məktəbdəki tərəqqisinə baxaraq qərar verirlər. Odur ki, kimsə istədiklərini əldə etmirsə, deməli, buna layiq deyil və hər şey normal qəbul edilir, isterikasız.

“Bir dəfə mənə məzəli bir foto göndərmişdilər: yaşlı nənə və babanın arxasında çoxlu sayda uşaq və nəvələr dayanmışdı. Belə ki, komik və sevimli! Gələcək barədə düşünəndə bu mənzərə gözümün önündə canlanır” , - Viktoriya fikirlərini bölüşərkən deyib.

10 uşaq dünyaya gətirdikdən sonra da belə gözəl və gənc qalan, ailədə nizam-intizamı təmin edən qadın heyranlığa layiqdir.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR