Qadın
Ekspert açıqladı - Kişilər həyat yoldaşını hansı xüsusiyyətlərə əsasən seçir?
Rusiyalı fizioqnist Yelena Miff kişilərin hansı meyarlara görə həyat yoldaşı seçdiyini açıqlayıb.
Publika.az kp.ru-ya istinadən xəbər verir ki, ekspert üz cizgilərinin bədən quruluşundan daha çox rol oynadığını qeyd edib.
“Bir qız statik bədən quruluşu ilə kişini cəlb etdiyini düşünürsə yanılır, seçim şüuraltı şəkildə edilir və üz xüsusiyyətlərinə əsaslanır. Kişiləri vizual olaraq analarını xatırladan xanımlar daha çox cəlb edir, qadınlarda isə əks vəziyyət var - atalarının xüsusiyyətlərinə oxşar keyfiyyətlərə sahib olan həyat yoldaşı axtarırlar. Bunu nəzərə alaraq deyə bilərik, həyat yoldaşı seçimində valideynlərimizin xarakter və xüsusiyyətləri önəmli yer tutur.
Görünüşə birinci reaksiyanı beyin verir, gözlərin quruluşu, dodaqların forması, burun qiymətləndirilir. Yəni, qadının təbii gözəlliyi. Və bu şüuraltına göndərilən birinci zəngdir: bu, axtardımız “O”dur, ya yox?
Təbiiliyi qorumaq vacibdir. Plastik cərrahsa görünüşü dəyişdirə bilər ki, bu zaman üz xüsusiyyətləri xarakter xüsusiyyətləri ilə üst-üstə düşmür. Odur ki, plastik əməliyyatlarda diqqətli olun. Əlbətdə ki, gözəllik fədakarlıq tələb edir, ancaq digər yarınızı itirməmək və izdiham arasından onun diqqətini çəkə bilmək üçün təbiiliyinizi qoruyun. Təbii olun!” , - ekspert bildirib.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































