Qadın
Kişilərə VACİB TÖVSİYƏLƏR: 8 Martda bu hədiyyələri almayın!
Rusiyanın psixologiya elmləri namizədi Yuliya Koçetova 8 Mart Qadınlar Günü münasibətilə zərif cinsin nümayəndələrinə hədiyyə seçməklə bağlı kişilərə bəzi tövsiyələr verib.
Publika.az xəbər verir ki, psixoloq kişiləri hədiyyə kimi şirniyyatlardan imtina etməyə çağırıb.
Y.Koçetova bunu hazırda bir çox qadının çəkisinə diqqət etməsi və sağlam həyat tərzi sürməsi ilə izah edib.
Bundan əlavə, psixoloq lazımsız suvenirlər, xüsusən, yumşaq oyuncaqlar, çay dəstləri, heykəlciklər verməyi tövsiyə etmir. Çünki bu cür əşyalar otağın küncünə “toz yığmaqdan başqa” işə yaramır.
Mütəxəssis ən pis hədiyyələr siyahısına şəxsi gigiyena məhsullarını da daxil edib: “Unutmayın ki, bütün xanımların öz seçimi var - məhsulların aromalarından, tərkibindən, markasından, dəri növündən çox şey asılıdır”.
Arzuolunmazlar siyahısına mətbəx qabları və məişət texnikaları da əlavə olunub ki, bu da hədiyyənin qadınlar tərəfindən evdarlıq bacarıqlarını artırmaq üçün bir işarə kimi qəbul edilə bilər.
Zümrüd
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































