Qadın
Hamilələr üçün xüsusi məktəb
Cənubi Afrikadakı yeniyetmə hamilə qızlar üçün xüsusi məktəb
erkən doğan imkansızlara yadım göstərir.
Publika.az-ın “VOA”ya istinadla məlumatına görə, ölkədəki qızların
30 faizi 19 yaşna çatmazdan əvvəl hamilə olur. Onlardan yalnız üçdə
biri hamilə olduqdan sonra məktəbdə qalır.
Pretoriyanın xəstəxana məktəbi yeniyetmə hamilə qızlara
təhsillərini davam etdirmək imkanı verən yeganə təhsil ocağıdır.
Hazırda bu məktəbdə 13-lə 19 yaş arasında 100 hamilə qız oxuyur.
Onların çoxu ictimai qınaq üzündən əvəllər oxuduqları məktəblərini
tərk etməli olub.
Cənubi Afrika qanununa zidd olsa da, bəzi məktəblər hamilə qızları
qovur. Belə olduqda isə hamilə qızların çoxu təhsilini yarımçıq
qoymalı olur. Hamiləlik yuxarı sinif şagirdlərindən 30 faizinin
məktəbi yarımçıq atmasına səbəb olub.
Məktəbin müdiri Rina Van-Nikerk deyir ki, əsas məsələ buradakı hər
şagirdi müvafiq təhsil səviyyəsinə çatdırmaq və onları bu səviyyədə
saxlamaqdır.
“Bizim məktəbə gələnlər üçün möhlət yoxdur. Bəziləri məktəb ilinin
ortasında gəlir. Hər yeni gələn qız o biriləri ilə eyni səviyyəyə
çatdırılır. Problemlərimizdən biri də hamilə qızların dərs
buraxmasıdır. Hamilə müddətində onlar tez-tez xəstələnirlər.”
1980-ci illərdə təsis edilən bu məktəb Cənubi Afrikada hamilə
qızların təhsil aldığı yeganə məktəbdir.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










