Uğurlu qadınların 12 SİRRİ
Bizi izləyin

Qadın

Uğurlu qadınların 12 SİRRİ

Hər qadının uğur tərifi fərqlidir. Amma uğurlu qadınların bəzi ortaq xüsusiyyətləri də mövcuddur.

Publika.az oxucularını bu xüsusiyyətlərlə tanış edir.

İşlərini sevgi ilə görürlər

Sevgi olmadan heç bir bacarıq işə yaramaz. Gördüyünüz işi sevməzsəniz, motivasiyanızı itirə və özünüzü yeniləyə bilməzsiniz. Karyeranıza istəklə bağlansanız, işiniz sizə işgəncə kimi gəlməz.

Mükəmməllik arxasınca qaçmırlar

Mükəmməllik üçün zaman və enerji xərcləmək sadəcə bədbəxtliyə səbəb olar. Uğurlu qadınlar hər şeyi eyni anda mükəmməl edə bilməyəcəyini bilir. Qüsurlarda ilişib qalmaq həm iş potensialını azaldır, həm də zehni korlayır. Mükəmməl olma vəsvəsəsini kənara qoyun və əlinizdən gələnin ən yaxşısını edin.

Adətən boss olurlar

Bir çox uğurlu qadın öz işinin rəhbəri olanda öz qaydalarını qoyacağını bilir. Bir şirkətdə nə qədər yüksəlsəniz, işlər o qədər asanlaşır və nəzarət sizdə olur. Bu zaman özünüz və iş yoldaşlarınız üçün daha sağlam, xoşbəxt və balanslı şərait yarada bilərsiniz.

Ya xoşbəxt evlilikləri olar, ya da evlənməzlər

Uğurlu qadın real münasibətin dəyərini bilir. Lider pozisiyasındakı qadınların partnyorları da onları dəstəkləyər. Bədbəxt evlilik isə onlara görə deyil.

Uğurlu olacaqlarına inanırlar

Öz uğurlarına inanmaq uğurun açarıdır. Özlərini rahat hiss edər və uğura gedən yolda rahat irəliləyərlər. Özlərinə inanmaq işin sirridir.

Riskə getməkdən qorxmurlar

Hər qadın özünə bu sualı verməlidir: heç bir qorxun olmasaydı, nə etmək istərdin? Karyerada və həyatda dəyişiklik etmək üçün arada riskə getmək lazımdır. Uğurlu qadınlar düşünmədən qərar verməzlər, ancaq hesablı şəkildə riskə getməyi bacararlar.

Uğursuzluğun uğurla əl-ələ olduğunu bilirlər

Uğursuzluq uğurun əksi deyil. Uğurlu qadınlar bəzən uğursuz olacaqlarını bilir və karyerada irəliləməyin ən əhəmiyyətki tərəfi də bəzən yıxılmaqdır. Məsələn, məşhur “Herri Potter” seriyasının müəllifi 12 yayım evi tərəfindən rədd edilib, ancaq o, ümidini itirməyib və davam edib.

Fiziki baxım mütləqdir

Bir çox uğurlu qadın nizamlı olaraq idman etməyin əhəmiyyətini bilir. Sadəcə arıq qalmaq üçün yox, stressdən qurtulmaq, endorfin miqdarını artırmaq və enerji üçün idman edər.

“Ediləcəklər” siyahısı heç vaxt bitməz, amma problem də olmaz

Bəzən hər işiniz yarımçıq qalsa da məhsuldar ola bilərsiniz. Siyahıda real olmayan maddələrə baş aparmağa dəyməz. Bəlli məqsədləri, məsuliyyətləri və ya görəcəyi işləri bir kənara qoymaq, əslində, azadlıq verən durumdur. Qarşılanmayan gözləntilərin yaratdığı narahatlıqdan qurtulmaq möhtəşəm duyğudur.

Planlı yaşayırlar

Uğurlu qadınlar ev işi və uşağa baxmaq kimi məsələlərdə prioritet sırası edər. Zamanlarını planlı şəkildə istifadə edər. Beləliklə, ailə toplantılarında, tətillərdə və uşaqları ilə birgə keçirəcəkləri zamanlarda problem yaşamazlar.

Real münasibət qurmağı və onu yaşatmağı bilirlər

Dəstəkləyici münasibət şəbəkəsi uğurun açarıdır. Dostlarla görüşmək, yeni ortamlarda olmaq həm xoşbəxtlik, həm də karyera üçün əhəmiyyətlidir.

Əhatələrinə minnətdarlıqlarını ifadə edirlər

Uğurlu qadınlar onları dəstəkləyənləri həm özəl həyatda, həm də iş həyatında yaxşı tanıyır. Bu minnətdarlıq həm onların daha yaxşı insanlar olmasına, həm də işçilərin sədaqatinə gətirib çıxarır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm