Qadın
Bəyəndiyiniz kişini əldə etməyin yolları
Bəyəndiyiniz kişinin sizə diqqət etməsinə nail olmaq əks cinsin zəif nöqtələrini bilmək lazımdır. Kişilər ilk baxışda qadının xarici gözəlliyinə fikir versə də, onu gözəlliklə əldə edə bilmərsiniz. Dolayası ilə qadının daxili dünyası və kiçik hiylələr də rol oynayır. Kişinin diqqətini çəkmək üçün işə nədən başlamağı düşünməlisiniz. İlk addım çətin olsa da, onun nələrdən xoşlandığını öyrənin və hərəkətə keçin.
Yaxın olun
Yaxın olmaqda məqsəd kişini daha asan ələ keçirmək və təsir qüvvəsini artırmaqdır. Fəqət, ona bu məqsədlə yaxınlşadığınızı qətiyyən hiss etdirməməlisiniz. Ona elə yaxınlaşmalısınız ki, gözləri sizi görə bilsin. Tək oturubsa, yanında da əyləşə bilərsiniz. Xoşunuz gəldiyi kişinin necə bir insan olduğunu bilmək üçün ona yaxınlaşmaq mütləqdir. Əks halda ruhunuzun və enerjinizin bir-birinizə uyğun olub-olmadığını təxmin edə bilməyəcəksiniz. Əgər gedişat zamanı pozitivlik hiss etmisinizsə, hər şey yaxşı olacaq.
Daha çox gülümsəyin
Heç kim, hətta qadınlar da üzündə təbəssüm olmayan biri ilə danışmaq istəməz. Təbəssüm sizi ona daha da yaxınlaşdırmağa kömək edəcək. Gülümsəyən insan onlarla daha yaxşı vaxt keçirə və əylənə biləcəyi işarəsini verir. Lakin bu gülüşü qəhqəhə ilə səhv salmayın. Çünki ilk tanışlıqda dəlilər kimi gülmək səhv başa düşülə bilər. Simanıza yaraşan və təbii şəkildə gülümsəyin.
Qəhqəhə atın
Məktəbli qızlar kimi davamlı “hırıldamaq” hər zaman cazibədar olmaya bilər. Lakin söhbət zamanı gülməli bir hadisə danışılırsa, özünüzü saxlamayın. Burada təbii qəhqəhə yerinə düşər. Qəhqəhə atmaq yumordan anlama hissiyyatının bir göstəricisidir. Bu isə bir çox kişilərin xoşuna gəlir. Danışdıqlarına gülsəniz, onun özünü yaxşı hiss etməsini təmin edə bilər. Lakin yuxarıda deyildiyi kimi hər şey qədərində olsa yaxşıdır.
Toxunun
Tanışlıqdan və uzun söhbətdən sonra qarşı tərəfin çiyninə toxuna bilərsiniz. Söhbət xoşagəlməz toxunuşlardan getmir. Bunun üçün hələ ki, tezdir. Ona meyilli dayanın və söhbət zamanı kürəyinə və qoluna astaca toxunun. Toxunmaq qarşıdakı insanla maraqlandığınız anlamına gəlir.
Göz kontaktı
Əgər bir insanın gözlərini içinə baxa bilmirsinizsə, onunla sağlam münasibət qura bilməzsiniz. Lakin bir məqam var ki, ilk tanışlıq zamanı qarşı tərəfin gözlərinin içinə baxmaq çətin olur. Gözləriniz otağın bir küncünə ya da hər hansı bir əşyaya zillənir. Lakin əlinizdən gəldiyi qədər utancaqlığınızı gizlədin və gözlərinə diqqətlə baxmağa çalışın. Bir az ehtiraslı, bir az odlu, bir az dalğın baxışlar istənilən kişinin ağlını başından ala bilər. Bu baxışlar ifadələrdən daha kəsrli olub işinizə yarayacaq.
-
Hadisə21:00Azərbaycanda dəhşətli qəza: 5 ölü, 6 yaralı var - Foto/Yeniləndi
-
Hadisə20:36Bakıda gənc müəllim faciəli şəkildə öldü - Foto
-
İKT20:00Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı
-
Nəqliyyat18:40Sabahdan Bakının bu iki küçəsi bağlanır
-
Ekologiya18:10Böyükşor gölünün yaşıla bürünməsinin səbəbi bu imiş
-
Dünya17:38Bu ölkəyə məxsus təyyarə Rusiya sərhədi yaxınlığında kəşfiyyat aparır
-
Sosial16:22Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir
-
Sosial15:23Şuşa və Xocavəndin kəndlərinə köçən ailələrə mənzillərin açarları təqdim olundu - YENİLƏNDİ
























.jpg)












