Qadın
"Çankaya" köşkünün birinci xanımları (FOTO)
Ötən gün keçirilən prezident seçkisindən sonra Türkiyədə
prezidentlə yanaşı bu ölkənin birinci xanımı da dəyişiləcək.
Publika.az-ın məlumatına görə, 1923-cü ildə Türkiyə Cümhuriyyətinin
qurulması ilə bu ölkədə 11 prezident və buna paralel olaraq 11
birinci xanım olub.
Bu prezidentlərdən kimi parlamentdə keçirilən səsvermə ilə, kimi də
hərbi dövlət çevrilişi ilə Türkiyəyə rəhbərlik edib.
Ötən gün isə Türkiyədə ilk dəfə ümumxalq səsverməsi ilə prezident
seçkisi olub. Bu seçkinin nəticəsinə görə, baş nazir Rəcəb Tayyib
Ərdoğan Türkiyənin 12-ci, həmçinin xalq səsverməsi ilə seçilən ilk
prezident olacaq.
Onun həyat yoldaşı Əminə Ərdoğan isə Türkiyə respublikasının 12-ci
“first lady”si olacaq.

Türkiyə cümhuriyyətinin qurucusu və ilk prezidenti Mustafa Kamal
Atatürkün həyat yoldaşı və ilk “first lady”si Lətifə xanım.

2-ci prezident İsmət İnönünün həyat yoldaşı və birinci xanım
Mevhibə İnönü.

3-cü prezident Cəlal Bayarın həyat yoldaşı və birinci xanım Rəşidə
Bayar.

4-cü prezident Camal Gürselin həyat yoldaşı və birinci xanım
Məlahət Gürsel.

5-ci prezident Cövdət Sunayın həyat yoldaşı və birinci xanım Atıfet
Sunay.

6-cı prezident Fəxri Korutürkün həyat yoldaşı və birinci xanım Əməl
Korutürk.

7-ci prezident Kənan Evrenin Həyat yoldaşı və birinci xanım Səkinə
Evren.

8-ci prezident Turqut Özalın həyat yoldaşı və birinci xanım Semra
Özal.

9-cu prezident Süleyman Dəmirəlin həyat yoldaşı və birinci xanım
Nəzmiyyə Dəmirəl.

10-cu prezident Əhməd Necdət Sezerin həyat yoldaşı və birinci xanım
Semra Sezer.

11-ci prezident Abdullah Gülün həyat yoldaşı və birinci xanım
Hayrunnisa Gül.

12-ci prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı və yeni
birinci xanım Əminə Ərdoğan
-
MDB12:33Gürcüstanın Baş naziri: Azərbaycanla heç bir gərginliyimiz yoxdur!
-
Nida Xəbər 12:10Slovakiyalı səfirdən Azərbaycanla bağlı təsirli paylaşım
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO

































.jpg)

