Qadın
Qadınlar hansı halda qapını açmırlar? - ARAŞDIRMA
İngiltərədə aparılan bir araşdırmaya görə, qadınlar ömürlərinin yarısını makiyajla keçirir. Hər 5 qadından biri makiyajsız olduğu zaman qapını belə açmır.
İngiltərənin kosmetika şirkəti “Beurer”-in apardığı bri araşdırma qadınların makiyaj vərdişləri və gözəllik ritualları haqqında maraqlı nəticələr təqdim edib. Publika.Az xarici mətbuata istinadən həmin nəticələri verir.
Əldə edilən məlumatlara görə, qadınların ömrünün yarısı makiyajlı keçir. 2000 qadınının iştirak etdiyi anketdə məlum olub ki, qadınlar adi bir günün 13 saatını makiyajla, 11 saatı isə makiyajsız keçirir. Anketdən əldə edilən nəticələrdən biri də qadınların hər səhər makiyaja təxminən 11 dəqiqəsini sərf etməsidir. Adətən bütün günü 11 dəqiqə etdikləri makiyajla keçirirlər.
Anketə görə, qadınların dördə biri makiyajlarını saat 23.00-a qədər təmizləmir. Beşdə biri makiyajsız halda heç kimə görünmür, hətta qapını belə açmadığını etiraf ediblər. Qadınların 10 faizi makiyajlı olanda özlərini daha yaxşı hiss etdiyini söyləyib. Qadınların 38 faizi isə hər səhər makiyaj çəkib, hər axşam təmizləməkdən təngə gəlib. Bütün bunlara baxmayaraq, araşdırma bir daha makiyajın qadın həyatında nə qədər əhəmiyyətli olduğunu göstərir. Qüsursuz və gözəl xanımların bəxti isə gətirib. Çünki makiyajdan ən az istifadə edən də məhz onlardır.
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi







































.jpg)
