Qadın
“Qadınlarımız daima məişət zorakılığına məruz qalırlar"
“İctimai birliklər və qadın təşkilatlarının daimi apardığı təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadın müraciətlərinin sayı günü-gündən artır”.
Bunu Axar.az-a açıqlamasında “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zemfira Mustafayeva 2014-cü ildə Azərbaycanda qadınların məişət zorakılığına məruz qalma hallarının ötən illə müqayisəsini apararkən deyib. Zemfira Mustafayeva heç bir kişinin insan qürurunun, ləyaqətinin təhqir olunmasını qadın qədər hiss etmədiyini, bunu qadın qədər yaşamadığını bildirib:
“Qadınlarımız daima məişət zorakılığına məruz qalırlar. Çox təəsüflər olsun ki, zorakılıqların sayı günü-gündən artır. Buna səbəb onların yaşam tərzi, sosial-iqtisadi vəziyyət, psixoloji basqılar, mənəvi zərbələrdir. Məişət zorakılığı dedikdə, məişət şəraitində bir şəxsin digər şəxsi öz nəzarəti altında saxlamaq üçün ona zərər verməsi başa düşülür. Təkcə 2013-ci il ərzində fiziki məişət zorakılığına məruz qalan qadınların sayı 3200-ü ötüb”.
Zemfira Mustafayevanın sözlərinə görə bu rəqəm rəsmi müraciət edənlərin sayıdır:
“Müraciət etməyənlər daha çoxdur. 2014-ci ilin ilk iki ayında isə zorakılıq halları pik həddə çatıb. Bunlardan zorakılıq nəticəsində öldürülmə, sui-istifadə vəziyyətinə çatdırılma, müəyyən xətərlər yetirmə, şikəst edilmə kimi halları misal göstərmək olar. İctimai birliklər və qadın təşkilatlarının daim apardığı təbliğatlar nəticəsində zorakılığa məruz qalmış qadınların müraciətlərinin sayının günü-gündən artdığı müşahidə olunur”.
Zemfira xanım bildirib ki, bir qadın təşkilatı olaraq məişət zorakılığına məruz qalan xanımlara müxtəlif sosial, psixoloji, hüquqi yardımlar göstərilir:
“Zorakılıq halları təkrar olunursa, qadınların sığınacaqda yerləşdirilməsi, qısa və uzun müddətli mühafizə orderlərinin təşkil olunması üçün icra hakimiyyətinə və məhkəməyə müraciət edirik. Təşkilatımızın nəzdində yaradılmış Qadın Krizis Mərkəzi məhz belə qadınların hüquqlarının müdafiəsi ilə məşğul olur”.
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək




































.jpg)

