Qadın
Əsl qadın bunu da bacarmalıdır
Qadınlar qədər kişilər üçün də geyinib-keçinmək önəmlidir. Lakin bu sahədə onların qadın köməyinə və dəstəyinə ehtiyacları var.
Kişilər qadınlar kimi zövqlü geyinə bilmir. Nəyi, necə kombinasiya etməyi bacarmırlar və böyük dəb səhvlərinə yol verirlər. Əsl qadın sevdiyi kişinin geyim-keciminə fikir verməli və kişi dəbini də izləməlidir.
Kəmər və ayaqqabı eyni rəngdə olmalıdır. Kəmərlər və ayaqqabılar qara, qəhvəyi klassik rənglərdə olmalıdır. Çünki başqa rəngləri kombinasiya etmək çətindir. Amma fərqli görünmək istəyirsinizsə, klassik qara ayaqqabını parlaq tonlarda kəmərlə birləşdirə bilərsiniz. İdman tərzini sevirsinizsə, kəmər də idman üslubunda olmalıdır.
Köynəyə uyğun qalstuk olmalıdır. Köynəyin qalstukla uyğunluğu dəbin birinci şərtidir. Qalstuk kişinin tərzini əks etdirir. Zolaqlı, üstü şəkilli qalstuk taxmaqdan çəkinməyin. Köynəklə qalstukun rəngi bir-birinə zidd olmamalıdır. Damalı köynəyi elə damalı qalstukla taxın.
Bahalı saata pul verməyə xəsislik etməyin. Saat kişilərin ən önəmli aksessuarıdır. Həm idman, həm də klassik geyimlə taxa biləcəyiniz saat alın. Ucuz modellərə boş yerə pul xərcləməyin.
Qara qayışlı saatı qara kəmərlə, qəhvəyi qayışlı saatı isə qəhvəyi kəmərlə tamamlayın.
Corablara diqqət edin. Corabda ən önəmli qayda şalvar və ayaqqabı rənginin uyğun olmasıdır. Tünd rəng şalvarları qara və zolaqlı corablarla tamamlayın. Ağ corabları klassik şalvar və nazik burun ayaqqabı ilə geyinməyin. Açıq rəngli corablar idman ayaqqabılar üçün nəzərdə tutulub.
Linza yerinə eynək – Gözləriniz zəif görürsə, linzanı bir kənara qoyun. Seçdiyiniz modelin üz quruluşunuza uyğun olmasına fikir verin. Eynəkli kişilər daha xarizmatik görünür. (tabloid.az)
-
Sosial12:01Şəhid anası: “Rasim mənim yeganə oğlum idi..."
-
MDB10:20Uğursuz səfirlər - Moskva və İrəvan yeni namizəd axtarışındadır
-
MDB09:53Ermənistan rusların ən çox səfər etdiyi ölkə imiş - Siyahı
-
Qarabağ 09:35Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
MDB08:12Bu adlar uşaqlara verilə bilməz - Rusiyada YENİ QADAĞA
-
Ekologiya07:17Bakıda 29 dərəcə isti olacaq - Proqnoz
-
Magazin206:16Coninin daha bir konserti təxirə salındı - FOTO
-
ABŞ05:15ABŞ bu ölkə ilə anlaşdı - Nağd dollar göndəriləcək




































.jpg)

