Qadın
Tələbə qızın sualı Əminə Ərdoğanı ÇAŞDIRDI: Başıma iş açdın... - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci xanım Əminə Ərdoğanla birlikdə “Demokrasi buluşması” adlı verilişdə iştirak edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əminə Ərdoğan verilişdə tələbə qızın “Mövzu şeirdən düşmüşkən, birinci xanıma sual vermək istəyirəm. Cənab prezident həyat yoldaşımla şeir kimi bir yaşamımız var demişdi. Sizcə, şeir kimi yaşam nə deməkdir və bu qədər gərgin tempdə şeir kimi evliliyi davam etdirmək çətin olmurmu” sualı qarşısında çaşbaş qalıb.
Rəcəb Tayyib Ərdoğana müraciət edərək “Başıma iş açdın cənab prezident” deyən birinci xanım suala belə cavab verib: “Şeir kimi evlilik hər gün sadəcə sevinc və xoşbəxtlik içində olmaq demək deyil. Acısıyla, şiriniylə hər şeyi birlikdə paylaşmaq və yolu birlikdə yürüməkdir. Şeir yazmırıq, amma şeir kimi yaşayırıq”.
-
Nida Xəbər 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı
-
Nida Xəbər 12:33Arzuxan Əlizadə istefa verəcək? - Partiyadan açıqlama




































